Milli Məclisdə Azərbaycan-Macarıstan əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb
18.06.2015 [09:33]
İyunun 17-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Macarıstan Respublikası Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Bakıda birinci Avropa Oyunlarının keçirildiyi vaxta təsadüf edən bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Milli Məclisin sədri qonağa “Bakı-2015” birinci Avropa Oyunları barədə məlumat verib. O, Oyunlarda geniş nümayəndə heyəti ilə iştirak edən Macarıstan idmançılarının böyük nailiyyətlər qazandıqlarına diqqəti cəlb edib.
Azərbaycan-Macarıstan əlaqələrindən danışan Milli Məclisin sədri bu əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək deyib: “Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayır. Bu cür səfərlər iki ölkə arasında hüquqi bazanı daha da möhkəmləndirəcək. İndiyədək Azərbaycan ilə Macarıstan arasında 40 sənəd imzalanıb”.
Milli Məclisin sədri iqtisadi əməkdaşlığın da genişləndirilməsinin vacibliyini vurğulayıb: “Ölkələrimizin iqtisadi sahədə böyük potensialı var. Son dövrlər bu sahədə artım müşahidə olunur”.
Qanunverici orqanlarımızın münasibətlərindən bəhs edən Oqtay Əsədov bildirib: “Parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq parlament təşkilatlarında bir-birimizi dəstəkləyirik”.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söhbət açıb. Bildirib ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycan münaqişənin sülh yolu ilə həllində maraqlıdır. BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistanın işğal altında saxladığı torpaqları geri qaytarması barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu gün də təcavüzkar siyasətini davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır.
Milli Məclisin sədri Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə hazırladığını və yaxın zamanlarda həmin qətnaməyə baxılacağını xatırladaq deyib: “İstərdik ki, Macarıstan parlamenti Xocalı faciəsinə də münasibət bildirsin”.
Macarıstan Milli Assambleyasının sədri Laszlo Köver Azərbaycanda gedən inkişaf proseslərindən məmnunluğunu ifadə edib.
Birinci Avropa Oyunlarından danışan Laszlo Köver bu Oyunların yüksək səviyyədə keçirildiyini söyləyib. O, Azərbaycan idmançılarına uğurlar arzulayıb, onların daha çox medal qazanacağına inandığını deyib.
Laszlo Köver bildirib ki, iki ölkə arasında əlaqələr sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin inkişafında mühüm rol oynayır. Parlamentlərarası əlaqələrin də inkişafı məmnunluq doğurur.
Görüşdə bildirilib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Problemin həll edilməsi üçün beynəlxalq ictimaiyyət ciddi səy göstərməlidir. Münaqişə ilə bağlı qəbul edilən bütün sənədlər mütləq yerinə yetirilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

