Fəzail İbrahimli: Avropa Parlamenti müəyyən qrupların əlində oyuncağa çevrilib
12.06.2015 [09:26]
“Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, ümumiyyətlə son illər qurumda Azərbaycan əleyhinə təbliğatın aparılması göstərir ki, bu təsisat artıq müəyyən qrupların əlində bir oyuncağa çevrilib. Bu dinləmələr Avropa Parlamentinin ermənipərəst, antitürk və islamofob mövqeyindən irəli gəlir. Avropa Parlamentinin sədri Martin Şults və onun müavini Ulrike Lunaçek, eləcə də Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin və digər qüvvələrin sifarişini yerinə yetirir”.
Bunu Trend-ə Milli Məclisin üzvü Fəzail İbrahimli iyunun 8-də Avropa Parlamentində bir qrup deputatın Azərbaycana qarşı aksiyasını və iyunun 10-da qurumda Azərbaycanda insan haqlarının durumu ilə bağlı keçirilən dinləmələri şərh edərkən deyib.
F.İbrahimli bildirib ki, Azərbaycanda həmişə beynəlxalq xarakterli bir tədbir olan kimi müəyyən qüvvələr Azərbaycana qarşı hücuma keçirlər: “Əslində, bu, təbiidir. Axı Azərbaycanın uğurlarını sevməyən insan necə rahat ola bilər? Uğurlarımızı görüb, düşünüb və narahat olan qüvvələr iş başına keçirlər”.
“Pulunu verən sifariş edir” el məsəlini xatırladan F.İbrahimli qeyd edib ki, bu antiazərbaycan kampaniyası məhz müəyyən qüvvələrin ağuşunda olan nümayəndələrin işidir: “Onlar öz seçki kampaniyasını bu gün tələb olunan strateji xətt üzərində qurub, maliyyəsini müəyyən mənbələrdən alan zaman qarşılarına məqsəd qoyublar. Xatırlayırsınızsa, vaxtilə qatı antiazərbaycan mövqeyindən çıxış edərək, ölkəmizə qarşı qərəzli və düşmən mövqeyindən çıxış edən rusiyalı Qalina Starovoytova da ermənilər tərəfindən seçilmiş adam idi. O, Azərbaycana qarşı fəaliyyət göstərməli idi, əks təqdirdə cəzalanardı. İndi məhz həmin qüvvələr Avropa Parlamentində xüsusi dinləmələr keçirirlər. Onlar ermənilər tərəfindən maliyyələşdirilmiş antitürk, müsəlmanlara qarşı olan qüvvələrdir. Həmin qüvvələr birləşdikcə bu hadisələr tam çılpaqlığı ilə üzə çıxır. Bu qüvvələr antiazərbaycan kampaniyası ilə bir sıra beynəlxalq təşkilatlarda uzun müddətdir məşğuldurlar və Azərbaycana qarşı mənfi münasibəti açıq şəkildə ifadə edirlər”.
Millət vəkili qeyd edib ki, Azərbaycan artıq böyük bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi edir: “Bu Oyunlar Avropada hər bir ailənin diqqətini cəlb edən tədbirdir. İndi elə bir məqam yetişib ki, Avropa ölkələri, onların idmançıları, nümayəndələri Azərbaycana gəlir və buradakı həqiqətləri öz gözləri ilə görürlər. Təbii ki, onlar ölkələrinə qayıdandan sonra Azərbaycana qarşı yalan təbliğat aparan, böhtan atanların yalanlarını ifşa edəcəklər. Bu qərəzli qüvvələr məhz bu məqamdan daha çox qorxurlar. Onların yalançı təbliğatının uğursuzluğa düçar olacağı üzə çıxıb. Ona görə də bu qüvvələr canlanıblar. Biz isə özümüzə güvənməliyik. Lakin çox təəssüf ki, içimizdə onlara rəvac verən “denikinlərimiz”, pullu nökərlər də var. Amma haqq nazilər, üzülməz. Azərbaycan öz işini yüksək səviyyədə görür. Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Bu, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyasıdır. Bu, ölkəmizin qonaq qəbul etmək imkanlarını, yüksək potensialını nümayiş etdirəcək. Buraya gələn hər şəxs Azərbaycanı yeni libasda görəcək. Sevənlər sevinəcək, məyus olanların isə qoy dərdi daha da artsın”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

