Minskdə X Belarus Beynəlxalq Media Forumu işə başlayıb
09.06.2015 [09:23]
İyunun 8-də Belarusun paytaxtı Minsk şəhərində “Gələcək naminə tərəfdaşlıq: Böyük Qələbənin irsi” adlı X Belarus Beynəlxalq Media Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumun işinə 20 ölkədən 400-dən artıq nümayəndə qatılıb. Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov iştirak edir. Azərbaycanı media forumda, həmçinin “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, AZƏRTAC-ın sosial şəbəkələr və informasiya resursları şöbəsinin müdiri Elşən Şahbalayev və “Kaspi” qəzetinin siyasət və iqtisadiyyat şöbəsinin müdiri Roman Temnikov təmsil edirlər.
Belarusun informasiya naziri Liliya Ananiç forumun beynəlxalq informasiya məkanının inkişafına, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. O bildirib ki, hazırda informasiyanın təsir gücünün artdığı bir zamanda media strukturlarının üzərinə böyük məsuliyyət düşür.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir: “Belarus Beynəlxalq Media Forumu xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə verəcək”.
Dövlət başçısı bildirib ki, Qələbənin 70 illiyinin qeyd edildiyi bir vaxtda keçirilən Forumun əhəmiyyəti də artır, bu irsin qorunub saxlanması işində kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür.
Forumda, həmçinin Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Buzov, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov və başqaları çıxış ediblər.
Tədbir çərçivəsində Belarusun BelTA agentliyinin fotoları əsasında “Böyük Qələbənin mərhələləri” sərgisi keçirilib.
Forumda qlobal dünyada yeni medianın rolu, yeni geosiyasi reallıqlar dövründə müasir dünya və digər mövzularda müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

