Siyavuş Novruzov: Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşib
30.05.2015 [11:40]
“Azərbaycanın inkişafını və tərəqqisini bəzi xarici və daxili qüvvələr həzm edə bilmir. Ölkəmizin inkişafını onların gözü götürmür. Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında çıxışı zamanı deyib.
S.Novruzov bildirib ki, Avropa Parlamentinin sədri Martin Şults spiker Oqtay Əsədovla görüşlərdə deyib ki, Avropa Parlamentinin deputatlarının söylədiyi tənqidlərə fikir vermək lazım deyil: “İndi Martin Şultsun maskası cırılıb. Martin Şults iyunun 10-da “İdman və insan hüquqları” mövzusunda tədbir təşkil edəcək. Azərbaycandan da müəyyən insanları dəvət edib. Bu, nə deməkdir? Martin Şults Riqa Sammitində Ermənistanı “demokratiyanın çiçəkləndiyi ölkə” kimi təqdim edir. Baxmayaraq ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları pozulub. Əgər insan hüquqlarının müdafiəçisisənsə, Xocalı soyqırımını niyə Avropa Parlamentində müzakirəyə çıxarmırsan? Burada ikiüzlülük, satqınlıq var, Avropa Parlamentinin sədri ilk Avropa Oyunlarına belə münasibət bəsləyirsə, öz partiyasını da satır, sosial ədalət prinsipinə qarşı çıxır. Biz bu insanlara qarşı kəskin mövqeyimizi bildirməliyik, Şultsun öyrətdiyi adamlardır ki, mayın 30-da mitinq keçirmək istəyirlər. Martin Şultsun öyrətdiyi adamlardır ki, Azərbaycanda ilk Avropa Oyunlarını boykot etməyə çağırırlar”.
YAP İcra katibinin müavini bildirib ki, Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşib. “Bizim böyük, kiçik qardaşımız yoxdur, hər bir dövlətə bərabər şəkildə yanaşırıq. Şultsun nə deməsindən, simasızlığından asılı olmayaraq, ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Bir daha görəcəklər ki, Azərbaycan hansı, onların təriflədiyi ölkələr hansı səviyyədədir”, - deyə S.Novruzov vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

