ADİU-da Türkiyə səfirliyinin təşkilatçılığı ilə “G20” sammitinə həsr olunan konfrans keçirilib
15.05.2015 [09:27]
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə səfir İsmayıl Alper Coşqun, Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov və digər qonaqlar iştirak ediblər.
Konfransda çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov deyib ki, Türkiyənin “G20” sammitində sədrlik statusu əldə etməsindən sonra Azərbaycanın “Böyük iyirmilik” tədbirlərində iştirakı xüsusi önəm kəsb edir. Sammit həm regional, həm də beynəlxalq problemlərin həlli üçün vacib tədbirdir. Ə.Muradov bildirib ki, “Böyük iyirmili”yə daxil olan ölkələrin iqtisadiyyatı dünya ticarətinin təqribən 80 faizini təşkil edir. Məhz dünya iqtisadiyyatında baş verən problemləri öncədən görmək və qarşıya çıxan təzadları aradan qaldırmaq üçün bu ölkələrin təklifləri qlobal iqtisadiyyatın dayanıqlılığının təmin edilməsinə xidmət edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi strategiyanı Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmiz dünya səviyyəsində böyük nailiyyətlər əldə edib. Beynəlxalq təşkilatların son iqtisadi dəyərləndirməsini bunun bariz sübutu kimi göstərmək olar. Ölkəmizdə reallaşdırılan qlobal səviyyəli layihələr Azərbaycanın unikal iqtisadi modelə malik ölkə olduğunu səciyyələndirir. Bu cür tədbirlərin təşkili “Böyük iyirmiliy”ə daxil olan ölkələrin təcrübəsini öyrənməklə yanaşı, Azərbaycanın özünəməxsus milli iqtisadi inkişaf modelini sammit iştirakçılarının diqqətinə çatdırmaq imkanı yaradır.
Səfir İsmayıl Alper Coşqun qeyd edib ki, Azərbaycanın sammitə dəvət edilməsi ölkəmizin Türkiyə ilə əlaqələrinin yüksək səviyyədə olmasını bir daha sübut edir.
Türkiyə Mərkəzi Bankının sədr müavini Mehmet Yörükoğlu çıxışında ölkəsinin pul-kredit siyasətinə diqqət çəkib. O qeyd edib ki, dünya mərkəzi banklarının qarşısında duran başlıca vəzifə inflyasiya-deflyasiya aspektlərini nəzarətdə saxlamaqdır. İnflyasiya səviyyəsinin tənzimlənən olması üçün isə başlıca şərt qiymət sabitliyinin təşkilidir. Məruzəçi Türkiyədəki inflyasiya səviyyəsinin dinamik dəyişkən faktor olmasını sahibkarlar üçün riskli amil kimi dəyərləndirib. Mehmet Yörükoğlu bildirib ki, qiymət dəyişkənliyi Mərkəzi Bankların monetar siyasətinə də öz təsirini göstərir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev tədbirin iqtisadi sahədə təklifləri dinləmək və geniş spektrli fikir mübadiləsi aparmaq baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov “Qlobal iqtisadi proseslər və Azərbaycan iqtisadiyyatı” mövzusunda çıxış edib.
Tədbir ADİU-ya dəvət olunan qonaqlar, müəllim və tələbələrin iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsi, pul-kredit siyasəti, Azərbaycanın “G20” sammitindəki imkanları barədə müzakirələri ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

