Dağıstan Respublikasının nümayəndə heyəti Xaçmazda keçirilən bayram tədbirinə qatılıb
13.05.2015 [09:52]
Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının geniştərkibli nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Xaçmaza gəlib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibində qonşu respublikanın yüksək vəzifəli şəxsləri, o cümlədən Dərbənd rayon Administrasiyasının rəhbəri Məhəmməd Cəlilov, Xalq Məclisinin üzvləri və digər rəsmi şəxslər yer alıb.
Şəhərin girəcəyində duz-çörəklə qarşılanan qonaqlar Xaçmazın görməli yerləri ilə yaxından tanış olublar.
Xaçmaz Olimpiya İdman Kompleksi, Bayraq meydanı, Bayraq muzeyi və Çənlibel parkı ilə tanışlıqdan sonra nümayəndə heyəti Ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Daha sonra qonşu respublikanın nümayəndə heyəti Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərə baxıblar.
Həyatının bir hissəsi Dağıstanla bağlı olan ictimai-siyasi xadim Əziz Əliyevin xatirə muzeyinin qarşısındakı büstü də ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Qonaqlar muzeydə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və rəsmi sənədlərlə tanış olublar.
Qardaş respublikanın nümayəndələri sonra “Şəxsiyyətlər muzeyi”ni gəzib, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə baxıblar.
Qonaqlar, həmçinin Dağıstanın görkəmli ictimai-siyasi xadimi Səid Qurbanovun adını daşıyan küçədə onun barelyefi qarşısında xatirəsini anıb, Azərbaycan-Dağıstan əlaqələrini əks etdirən “Xalqlar dostluğu” muzeyinə baş çəkiblər.
Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət edib, təhsil ocağında yaradılmış Zərifə Əliyeva Muzeyi ilə də tanış olublar.
Dağıstan Respublikasının geniştərkibli nümayəndə heyətinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən tədbirlərə qatılması artıq ənənə halını alıb.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Xaçmaz şəhərindəki Fəvvarələr bağında respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43

