/ / Milli Məclisdə “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda görüş keçirilib
Milli Məclisdə “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda görüş keçirilib
06.05.2015 [10:13]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində daim gənclərə etimad göstərib, onların inkişafını diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Milli Məclisdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvləri ilə “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda keçirilən görüşdə səsləndirilib.
ARGTMŞ-nin təşəbbüsü ilə keçirilən görüş iştirakçıları əvvəlcə Ulu öndərin əziz xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.
Sonra gənclər Milli Məclisin strukturu, iş prinsipi barədə məlumatlandırılıb, iclas zalları ilə tanış olublar.
Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin formalaşmasından, inkişafından, bu sahədə qəbul edilmiş qanunvericilik aktlarından danışıb. Komitə sədri, həmçinin ölkəmizin ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının əhəmiyyətini gənclərin diqqətinə çatdırıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında Azərbaycan gənclərinin, xüsusən tədbirə qatılan gənclərin ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıqları ilə seçildiklərini, mətbuatda, eləcə də gündəlik fəaliyyətlərində əsl vətəndaşlıq mövqeyi göstərdiklərini vurğulayıb. Bahar Muradova bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda yetişməsinə, dövlətə, cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Milli Məclis sədrinin müavini Azərbaycanın bugünkü gəncliyinin cəmiyyətin həyatında yüksək fəallığının ölkəmizin gələcəyinin etibarlı əllərdə olacağını deməyə əsas verdiyini diqqətə çatdırıb.
Bahar Muradova qeyd edib ki, Azərbaycan sürətli inkişafı və bütün sahələrdə qazandığı nailiyyətləri ilə təkcə öz xalqı üçün yüksək şərait yaratmır, eyni zamanda, regionda mühüm rol oynayan nüfuzlu dövlətə çevrilməkdədir.
Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan gəncliyi güclü yaradıcı qüvvəyə çevrilib. Azərbaycan parlamenti tərəfindən qəbul olunan qanunlar, onlara edilən dəyişikliklər, inkişafımızın bizə diktə etdiyi yeniliklərin qanunlarda əksini tapması nəticəsində bu gün gənclər sahəsində mükəmməl qanunvericiliyik bazası yaradılıb.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanın uğurlarını gözü götürməyən, onun inkişafını istəməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr ən müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər. Sadaladığım maraqları özünün həyat kredosuna çevirənlərin bir araya gələrək Azərbaycana qarşı qaralama kampaniyası ola bilər ki, bunlar da təsirsizdir. Azərbaycanın çox güclü müqavimət gücü var, bu gücün içərisində Azərbaycan gəncliyinin gücü çox böyükdür və biz bunu çox müsbət qiymətləndiririk. Azərbaycan gəncliyi bu təsirlərin qarşısında çox möhkəm prinsiplərlə və Ulu öndər Heydər Əliyev ideyaları ilə silahlanmış bir gənclik kimi dayanmaqdasınız. Buna görə mən sizin hər birinizə təşəkkür edirəm.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxışında Ulu öndər Heydər Əliyevin gənclərə yüksək diqqət və qayğısından danışıb. Qeyd edilib ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin formalaşmasını dövlətin və cəmiyyətin qarşısında mühüm vəzifə kimi müəyyən edib.
Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti daha da inkişaf etdirərək uğurla həyata keçirir. ARGTMŞ də bu siyasətin uğurla həyata keçirilməsinə öz töhfəsini verir. Azərbaycanda aparıcı gənclər təsisatlarından olan ARGTMŞ hazırda sıralarında 112 gənclər təşkilatını birləşdirir.
Ş.Seyidzadə diqqətə çatdırıb ki, bu qurumun məqsədi üzv təşkilatların fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. Milli Şura fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu prosesinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Ədilə Abbasova, deputatlar, Sosial siyasət komitəsinin üzvləri Sevinc Hüseynova və Rauf Əliyev, həmçinin gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri çıxışlarında Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyinin formalaşmasında və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48

