Müharibənin ağrı-acılarını zərif çiyinlərində daşımış qadınlar yüksək qiymətə layiqdir
24.04.2015 [10:02]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Respublika Veteranlar Şurası ilə birgə aprelin 23-də “1941-1945-ci illər Böyük Vətən müharibəsində qadınların rolu” mövzusunda beynəlxalq elmi-konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, Qələbənin 70 illiyinə həsr olunan konfransda “İgid oğullarla bir cərgədə” adlı ensiklopedik toplunun təqdimatı olub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bu ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.
Böyük Vətən müharibəsi illərindən danışan A.Əlizadə görkəmli alim, neft-kimya elminin banilərindən biri, akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlərın faşizm üzərində tarixi qələbəyə verdiyi töhfələrdən bəhs edib.
AQUPDK-nın sədri Hicran Hüseynova Böyük Vətən müharibəsində Azərbaycanın igid, mərd oğulları ilə yanaşı, qadınların və qızların da qəhrəmanlıq göstərdiklərini, ön və arxa cəbhədə, hətta dövlət işlərində yaxından iştirak etdiklərini bildirıb, faşizm üzərində qələbədə onların özünəməxsus rolunu vurğulayıb.
Qeyd edib ki, ölkəmiz müasir dövrdə də yenidən müharibənin dəhşətlərini və onun ağır fəsadlarını yaşayır. Azərbaycan torpaqları uğrunda erməni qəsbkarlarla kişilərlə yanaşı, qadınlarımız da döyüşərək, şəhid olublar. Dörd yüz mindən çox qadın və üç yüz mindən çox uşaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ədalətsiz müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımız bütün bu çətinliklərə baxmayaraq, özlərində güc taparaq fəaliyyətlərini davam etdirir, təhsillərini artırır, işləyir, ictimai aktivlik göstərirlər.
“İgid oğullarla bir cərgədə” adlı ensiklopedik toplunun müəllifi, tanınmış yazıçı-jurnalist Sabir Gəncəli Böyük Vətən müharibəsində ön və arxa cəbhələrdə qəhrəmanlıq göstərmiş Azərbaycanda yaşayan veteran qadınların rolundan danışıb. Qeyd olunub ki, kitabda altı yüz mindən çox igid oğulların, qeyrətli qızların düşmənlə mübarizədə göstərdikləri fədakarlıq, hünər və rəşadət tərənnüm edilib.
Tədbirdə Milli Məclisin deputatı Ziyad Səmədzadə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Respublika Veteranlar Şurasının sədri Dadaş Rzayev və digər çıxış edənlər Böyük Vətən müharibəsində ön və arxa cəbhələrdə qəhrəmanlıq göstərmiş, müharibə illərinin bütün məşəqqətlərini, ağrı-acılarını zərif çiyinlərində daşımış, qələbənin qazanılmasında əhəmiyyətli rol oynamış qadınların əməyini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, qələbə uğrunda vuruşan, şəhid olan insanların xatirəsi əbədi olaraq yaddaşlarda yaşayır, onların şərəfli həyat yolu gənc nəslə nümunədir.
Konfransda Böyük Vətən müharibəsi iştirakçıları mükafatlandırılıb, onlara diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

