ABŞ-ın Azərbaycandakı səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb
05.03.2015 [10:12]
Martın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu deyən Əli Həsənov bu münasibətlərin bu gündə inkişaf etdiyini bildirib.
Komitə sədri Əli Həsənov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
Baş nazirin müavini bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildən artıqdır hər hansı bir konkret nəticə əldə etməyib.
Əli Həsənov deyib ki, əslində indiki Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq onlar heç vaxt bununla kifayətlənməyiblər.
Komitə sədri qeyd edib ki, bu gün Ermənistan müstəqil siyasət yürüdə bilmir. Hazırda bu ölkəni idarə edənlərin əlləri azərbaycanlıların qanına batıb. Ona görə də bu rejim sülh müqaviləsi ilə torpaqların geri qaytarılmasına razı olmur. Məhz bu amilə görə ATƏT-in Minsk qrupu heç bir nəticə əldə edə bilmir. Azərbaycan xalqının və dövlətinin sülhsevər olduğunu bildirən Baş nazirin müavini ölkəmizin sürətlə inkişaf etdiyini, son 10 ildə Azərbaycanda işsizliyin səviyyəsinin 49 faizdən 5 faizə düşdüyünü vurğulayıb. Baş nazirin müavini deyib: “Azərbaycan Prezidenti ölkənin strateji inkişafının 5 istiqamətini müəyyənləşdirib. 2020-ci ilə qədər olan müddəti nəzərdə tutan strategiyaya əsasən ölkədə bir nəfərdə olsun yoxsul insan qalmamalıdır. Digər məqsədə görə isə, 2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Bu müddətdə neftdən asılılıq tamamilə aradan qaldırılmalıdır. Korrupsiyaya qarşı mübarizə beynəlxalq tələblərə cavab verməlidir. Son istiqamət isə insan hüquqlarının qorunmasının beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır”.
Bildirilib ki, ölkəmizdə son 20 ildə humanitar təşkilatlar tərəfindən dəyəri 1 milyard dollardan çox olan yardım layihələri həyata keçirilib. Bunun bir qismi isə ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür.
Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib.
Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, problemin sülh yolu ilə nizamlanması üçün səylər göstərilir. Səfir deyib: “Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. Tərəflər vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq addımlardan çəkinməlidirlər. Biz də öz növbəmizdə həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə işləyərək münaqişənin həllində irəliləyişə nail olmağa çalışırıq”.
Səfir bildirib ki, münaqişədən əziyyət çəkən insanlara yardım etmək məqsədi ilə 20 il ərzində ABŞ hökuməti tərəfindən Azərbaycana 115 milyon dollar həcmində humanitar yardımlar edilib. Təhlükəsizlik sahəsində Azərbaycana edilən yardımın ümumi məbləği isə təxminən 53 milyon dollar həcmindədir ki, bu məbləğ də əsasən terrorizmlə mübarizə, təlim-tədris və digər məqsədlər üçün ayrılıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Səfirə “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı və disk təqdim edilib.
Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov amerikalı diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat veriblər.
Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var.
Sonra diplomat tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların rəqsinə baxıb.
Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat ailənin üzvləri ilə söhbət edib.
Jurnalistlərlə təəssüratlarını bölüşən səfir bildirib: “Bu gün müasir Azərbaycanın həyatının ən vacib hissəsi olan məcburi köçkünlərin yaşadığı yerə səfər etdim. Mən Azərbaycana gələndə əsas məqsədlərimdən biri müxtəlif təbəqələrdən olan insanları dinləmək, Azərbaycanı daha yaxından tanımaq idi. ABŞ-ın Azərbaycan ilə əməkdaşlıq etdiyi çoxsaylı məsələlərdən biri də məcburi köçkünlərin rifah halının yaxşılaşdırılmasıdır”.
Bu istiqamətdə fəaliyyətin genişləndirilməli olduğunu vurğulayan səfir qeyd edib ki, keçmişdə görülən işlərə, indiki vəziyyətə nəzər salmalı və gələcəklə bağlı planlar qurmalıyıq. İki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13

