Musa Quliyev: “Amnesty International” əqrəb kimi bir təşkilatdır
05.03.2015 [10:08]
“Amnesty International”ın Azərbaycanla bağlı heç vaxt müsbət, ədalətli mövqeyi olmayıb”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev “Amnesty International”ın bu ilin yayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə ünvanlanmış müraciətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sözügedən təşkilat ona görə yaranıb ki, sürətlə inkişaf etməkdə olan və dünya düzənində özünə daha nüfuzlu yer tutmağa layiq, imkanı olan ölkələri həmişə müəyyən qarayaxmalarla, təhdidlərlə, böhtanlarla nüfuzdan salmağa çalışsın: “İndiyədək bu təşkilatın bütün arxivinə nəzər salsaq görərik ki, onun Azərbaycanla bağlı heç bir müsbət fikri olmayıb. Təbii ki, indiki məqamda da onların əllərinə təzə bəhanə düşüb. Bildiyiniz kimi, bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan dünya tarixinə birinci Avropa Oyunlarını keçirən dövlət kimi düşəcək. Onlar istəyirlər ki, müxtəlif bəhanələrlə (Ukraynadakı hadisələri ortaya atmaqla, guya Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların olması ilə bağlı, mətbuat azadlığına qəsd edilməsi və s.) özlərinin Avropadakı tamaşaçılarına, oxucularına müraciət etsinlər və Azərbaycana qarşı qarayaxma kampaniyasına başlasınlar”.
M.Quliyev bildirib ki, Azərbaycan xalqı öz Prezidentinin, iqtidarının siyasətini dəstəkləyir: “Buna görə də, onlar Azərbaycan daxilində heç bir müvəffəqiyyət əldə edə bilmirlər. İndi də onlar xarici auditoriyaya müraciət etməyə başlayırlar. İnanıram ki, burada da heç bir nəticə əldə etməyəcəklər. Çünki belə müraciətlər çox olub və bundan sonra da ola bilər. Bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Həmçinin də, ölkəmizə gələn qonaqlara Azərbaycan xalqı öz qonaqpərvərliyini göstərəcək. İdman əslində birlik, bərabərlik, dostluq, sülh, qardaşlıq rəmzidir. İdman əslində xalqları birləşdirən, yaxınlaşdıran, eləcə də münasibətləri yaxşılaşdıran vasitədir. Təbii ki, bu, Azərbaycanı dünya, Avropa xalqlarına daha da yaxınlaşdıracaq. Bu oyunlar Azərbaycanın uğurlarını, mədəniyyətini, inkişafını dünyaya bir daha nümayiş etdirəcək. Bu, tək bir idman aksiyası deyil, həm də siyasi, nüfuzlu bir aksiyasıdır. Hesab edirəm ki, biz tədbiri çox yüksək səviyyədə keçirəcəyik. Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində olduğu kimi bütün iştirakçılar birinci Avropa Oyunlarından da razı qalacaqlar və Azərbaycanı yüksək qiymətləndirəcəklər.
Ümumiyyətlə, əqrəbin funksiyası odur ki, haradasa kimisə çalsın və zəhərləsin. Təbii ki, “Amnesty International” da əqrəb kimi bir təşkilatdır”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

