Gənclər təşkilatlarının üzvləri “Xocalıya ədalət” şüarı altında yürüş təşkil ediblər
27.02.2015 [01:03]
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub”.
Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, min dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onların 150-nin taleyi hələ də məlum deyil.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan AzƏrTAC-a bildiriblər ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Fond tərəfindən gənclər təşkilatları üzvlərinin iştirakı ilə “Xocalıya ədalət” şüarı altında yürüş təşkil olunub.
Fevralın 26-da gecə saat 04:30-da əllərində Azərbaycan bayraqları tutan minlərlə gənc Xocalı prospektində ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edib. Yürüş iştirakçıları daha sonra abidənin qarşısından başlayaraq şəhərin bir neçə küçə və prospektindən keçərək Dənizkənarı Milli Parka doğru hərəkət ediblər.
Aksiyada təxminən 3 mindən çox gənc iştirak edib. Gənclər “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın”, “Qarabağ bizimdir”, “Rədd olsun erməni faşizmi!” və digər şüarlar səsləndiriblər. Tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında, bu soyqırımın dünya ölkələri tərəfindən tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini xüsusi qeyd ediblər.
Yürüş 613 fənərin səmaya buraxılması ilə yekunlaşıb.
Xocalı faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə keçirilən yürüş yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

