/ / Siyavuş Novruzov: Siyasi partiyalar arasında keçirilən dialoq cəmiyyət tərəfindən müsbət qarşılanır
Siyavuş Novruzov: Siyasi partiyalar arasında keçirilən dialoq cəmiyyət tərəfindən müsbət qarşılanır
14.02.2015 [10:35]
“Fevralın 12-də siyasi partiyalar arasında keçirilən dialoq çox əhəmiyyətlidir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında deyib.
S.Novruzov bildirib ki, bu görüş cəmiyyət tərəfindən də müsbət qarşılanır. Onun sözlərinə görə, bu görüşdə həm iqtidarı, həm də müxalifəti təmsil edən partiyalar iştirak edib. Görüşdə müxtəlif məsələlərlə bağlı konstruktiv müzakirələr aparılıb.
YAP İcra katibinin müavini qeyd edib ki, görüşlərin mütəmadi olaraq iki aydan bir keçirilməsi və ictimaiyyət üçün açıq olması bir daha Azərbaycan dövlətinin demokratiyaya, şəffaf fəaliyyətə münasibətinin ifadəsidir. Millət vəkilinin sözlərinə görə, istər QHT-lər, istər siyasi partiyalar, istər mətbuat orqanları dövlət idarəçiliyində həyata keçirilən bütün tədbirlərin iştirakçısı kimi bundan sonra da fəaliyyət göstərəcəklər və təkliflər verəcəklər. Bu təkliflər dəyərləndiriləcək.
S.Novruzov təəssüflə qeyd edib ki, bəzi partiyalar həm qeyri-legitim olduqları üçün, həm ayrı-ayrı xarici qüvvələrə çalışdıqlarına, həm də ümummilli deyil, ayrı-ayrı qüvvələrin maraqlarına xidmət etdiklərinə görə dialoqun üzərinə kölgə salmağa çalışırlar. “Halbuki, dəfələrlə ATƏT-in və ya başqa-başqa təşkilatların keçirdiyi görüşlərdə canfəşanlıqla iştirak edirlər. Amma bu görüşə gəlmədilər. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar yığışaraq bir yerdə dövlət, ümumxalq, millət əhəmiyyətli məsələ müzakirə edəndə onlar özlərini cəmiyyətdən, xalqdan və dövlətdən kənar saxlayırlar. Bu da onu göstərir ki, onlar ayrı-ayrı dairələr tərəfindən öyrədilirlər. Azərbaycanın ümumxalq mənafeyini deyil, xarici qüvvələrin maraqlarını müdafiə edirlər. Çünki görüşdə həm Dağlıq Qarabağ problemi, həm Xocalı faciəsi ilə bağlı, ayrı-ayrı siyasi partiyaların fəaliyyəti, seçki məsələləri müzakirə edilib. Əgər onlar özlərini belə müzakirələrdən kənarda saxlayırlarsa, deməli xalqla bağlı olan partiyalar deyil”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

