Əli Həsənov: Siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər
13.02.2015 [10:09]
Fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə növbəti görüşü keçirilib.
AzərTAc xəbər verir ki, Əli Həsənov siyasi partiyalarla görüşün artıq ənənə halını almaqda olduğunu söyləyib. Şöbə müdiri iki ay bundan əvvəl ilk belə görüşün keçirildiyini xatırladıb. Bildirib ki, həmin görüşdə hakimiyyət nümayəndələri ilə siyasi partiyalar arasında keçiriləcək gələcək görüşlərin formatı, tematikası müzakirə olundu. Həmçinin görüşlərdən sonra cəmiyyətə çatdırılacaq fikirlər, ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində yeri, rolu, mövqeyi, ictimai-siyasi institut olaraq partiyalarda təmsilçilik, onların maliyyələşməsi, partiya və mətbuat, partiya və Azərbaycanın daxili və xarici siyasəti və digər mövzularda çıxışlar oldu. Bu çıxışlarda kifayət qədər rasional ideyalar var idi və həmin ideyaların hamısı Prezident Administrasiyası tərəfindən qeydiyyata alındı. Gələcək toplantılarda müvafiq olaraq bu məsələlərə qayıdılacaq.
Prezident Administrasiyasının rəsmisi deyib: “Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında istənilən məsələ müzakirə oluna bilər. Çünki bu iki institut Azərbaycan cəmiyyətinin faktiki olaraq bugünkü və gələcək idarəçiliyinin, daxili və xarici siyasətinin taleyini müəyyən edir. Hazırda hakimiyyətdə olan siyasi qüvvə ilə ona müxalif olan qüvvələr arasında ölkənin, cəmiyyətin bu günü və gələcəyi ilə bağlı istənilən məsələ müzakirə mövzusu ola bilər. Əminəm ki, bu görüşdə də siyasi partiya rəhbərləri tərəfindən yaxşı ideyalar, mövzular təklif olunacaq və biz gələcəkdə müzakirələr aparıb müəyyən fikrə gələcəyik”.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Əli Həsənov bildirib ki, tərəfləri maraqlandıran bütün mövzular müzakirə edildi, partiya sədrləri öz fikirlərini səsləndirdilər. Belə bir ümumi razılığa gəlindi ki, cəmiyyət üçün aktual olan bu görüşlər gələcəkdə də davam etdirilsin. Bundan sonra mütəmadi olaraq iki aydan bir bu formatda görüş keçiriləcək və Azərbaycan cəmiyyətini, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələlər əvvəlcədən razılaşdırılmış şəkildə birlikdə müzakirə ediləcək.
Format məsələsinə də aydınlıq gətirən Əli Həsənov məlumat verib ki, Azərbaycanda neçə partiyanın qeydiyyatdan keçməsindən asılı olmayaraq, aktiv siyasi fəaliyyət göstərən bütün partiyalar bu görüşlərdə iştirak edə bilərlər.
Razılıq əldə edilən digər məsələ ondan ibarət oldu ki, müzakirəyə çıxarılacaq mövzular əvvəlcədən müəyyənləşdirilsin. Qərara gəlindi ki, təklif olunan mövzuların siyahısı hazırlansın və bütün partiyalara göndərilsin. Partiyaların seçimi əsasında müəyyənləşdirilən mövzu növbəti görüşdə müzakirəyə çıxarılsın. Burada Xocalı soyqırımından tutmuş seçkilərə qədər müxtəlif mövzular təklif olundu. Ümumiyyətlə, ictimai-siyasi mahiyyət kəsb edən bütün mövzuların müzakirəyə çıxarılması tövsiyə edildi.
Həmçinin belə bir razılıq əldə olundu ki, görüşdə müzakirə olunan məsələlərin cəmiyyətdə də müzakirəsi təmin edilsin. Həm hakimiyyət orqanları, həm də siyasi partiyalar məqbul hesab edilən məsələlərin həyata keçirilməsinə çalışsınlar.
Əli Həsənov deyib: “Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsinlər, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin. Hazırda siyasətin formalaşdırılmasında, dövlətin idarə edilməsində ictimai şuraların yaradılmasına böyük əhəmiyyət verilir. Bütün nazirliklərdə, komitələrdə bu şuralar yaradılır. Hesab edirik ki, dövlət siyasətinin formalaşmasında da elə ictimai şura rolunu bu görüşlər oynayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

