/ / “The Security Times”: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo vəziyyəti daha da gərginləşdirə bilər
“The Security Times”: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvo vəziyyəti daha da gərginləşdirə bilər
10.02.2015 [10:06]
Münxen Təhlükəsizlik Konfransı ilə bağlı xüsusi nəşr olunan “The Security Times” qəzetinin fevral nömrəsində xarici siyasət üzrə müxbir Riçard Kiesslerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında “Unudulmuş münaqişə” sərlövhəli məqaləsi dərc edilib.
AzərTAc xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən mürəkkəb münaqişə olduğu qeyd edilir. Bildirilir ki, 20 ildən artıqdır davam edən bu münaqişə regionda qeyri-stabil vəziyyətin hökm sürməsinə səbəb olub. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində indiyədək göstərilən bütün səylər uğursuzluqla nəticələnib.
Müəllif diqqətə çatdırır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal ediləndən bəri cəbhə xəttində atəşkəsin hər gün pozulması insanların həlak olması ilə nəticələnir. Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edən Ermənistanın iqtisadi vəziyyətinin pis olması səbəbindən bu ölkənin perspektivi yoxdur. Münaqişə nəticəsində həm də böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın iqtisadi vəziyyəti isə çox yaxşıdır.
Yazıda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Avropa Parlamenti də daxil olmaqla digər təşkilatlar, həmçinin Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 21-də Almaniyaya səfəri zamanı keçirilən birgə mətbuat konfransında Kansler Angela Merkel münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirib və rəsmi Berlinin bu məsələdə dəstəyini təklif edib.
Riçard Kiessler qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin qədim tarixi kökləri var. Yüz illər boyu burada müxtəlif etnik qruplar və ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Müəllif tarixən Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları, ermənilərin buraya sonradan köçürüldükləri barədə məlumat verir.
Oxucuların diqqətinə çatdırılır ki, Sovet İttifaqı dağılandan sonra keçmiş SSRİ ərazisində yaranan bir neçə münaqişə müharibələrə gətirib çıxardı. Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi idi. Ermənistan ilə Azərbaycan arasında 1992-ci ildən 1994-cü ilə qədər davam edən müharibə nəticəsində 30 mindən artıq insan həlak olub, 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bundan əvvəl isə 250 min azərbaycanlı Ermənistandan qovulmuşdu.
Məqalədə bildirilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduqları ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllində vasitəçilik etsə də, indiyə qədər heç bir irəliləyiş əldə edilməyib. Ermənistan Minsk qrupunun digər bütün üzv dövlətlərinin də dəstəklədiyi hər iki ölkənin ərazi bütövlüyünün təmini, Dağlıq Qarabağa təhlükəsizlik zəmanətləri ilə özünüidarəetmə statusu verən hüquqi statusla bağlı prinsipləri qəbul etmir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı dövlət başçısı Serj Sarkisyanla (hər ikisi Dağlıq Qarabağda anadan olub) münaqişənin həlli istiqamətində danışıqları da nəticə verməyib. Ermənistan Dağlıq Qarabağın əhalisinə öz müqəddəratını təyinetmə hüququnun verilməsini tələb edir. Əgər nəzərə alsaq ki, hazırda Dağlıq Qarabağda yaşayanların hamısı ermənilərdir, bu, təbii ki, onların öz maraqlarına xidmət edən bir tələbdir. Azərbaycan isə öz ərazilərinin işğaldan azad olunmasını, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarını tələb edir.
Sonda müəllif vurğulayır ki, əgər xarici güclər Cənubi Qafqazdakı rəqabətlərini bir kənara qoyub problemin nizamlanması ilə məşğul olsalar, onda həll üçün şans yaranar. Əks-təqdirdə hazırkı status-kvo vəziyyəti getdikcə daha da gərginləşdirə bilər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57

