Ailə institutu və dini dəyərlərin vəhdəti mövzusunda işgüzar müzakirələr aparılıb
07.02.2015 [11:21]
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı”na əsasən fevralın 6-da növbəti konfrans keçirilib.
AzərTAc xəbər verir ki, “Müasir dövrün çağırışları: ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusuna həsr olunan konfransda Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkədə həyata keçirilən dövlət ailə siyasətindən və milli, dini dəyərlərin qorunması istiqamətində aparılan islahatlardan, perspektivlərdən danışıb.
Məlumat verilib ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində dini qurumlarla və icmalarla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ailə modeli əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var. Din özündə həm əxlaqi və mənəvi, həm də tərbiyəvi xüsusiyyətləri birləşdirir. Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Ölkəmizdə insanların dini azadlığının qorunması dünya birliyi və beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Azərbaycanda tolerantlıq mühiti getdikcə daha da möhkəmləndirilir və inkişaf edir. Bu faktorlar dövlət siyasətinin tərkib hissəsidir.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradılıb. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində bir çox məscidlər, dini məbədlər əsaslı təmir olunub, bərpa edilərək vətəndaşların istifadəsinə verilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bölgələrdə maarifləndirmə işlərinə xüsusi diqqət ayrılacağını bildirib. Qeyd olunub ki, hər dövrün özünəməxsus çağırışları olur və bu da ailəyə, cəmiyyətə öz təsirini göstərir. Ailə dəyərlərində dinin rolu mühüm amillərdəndir. İslam dini yayıldığı yerlərdə ailə institutuna müsbət təsirini göstərib. Bu gün müxtəlif dini cərəyanları ölkəyə yaymaq cəhdləri müşahidə olunur. Bu problemlər araşdırılmalı və qabaqlayıcı tədbirlər görülməlidir.
Milli Məclis sədrinin müavini Bahar Muradova bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırıb. Ailə institutunun möhkəmlənməsində qanunların xüsusi rolu olduğunu qeyd edən B.Muradova qanunvericiliklə bağlı maarifləndirmə və təbliğat işlərinin düzgün, effektiv aparılması yollarından danışıb.
“Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, ailə cəmiyyətin əsası, milli sərvətidir. Gənc nəslin sağlam formalaşmasında dinin mühüm rolu var. Bu qiymətli sərvət yad təsirlərdən qorunmalıdır.
Konfransda Milli Məclisin deputatları Musa Quliyev, Məlahət Həsənova, Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev və başqaları Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu və digər aktual mövzular ətrafında çıxış ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

