ABŞ-ın Kolorado ştatı Senatından Azərbaycana dəstək
31.01.2015 [11:42]
ABŞ-ın Kolorado ştatının Senatı yanvarın 29-da Azərbaycana dəstəyin ifadə olunduğu bəyanat qəbul edib. Senatın sədri Bill Kadman tərəfindən imzalanmış və qurumun plenar iclasında gündəliyə çıxarılmış bəyanat iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.
Təqdimatdan öncə senator Ləri Krauder çıxış edərək, təlatümlərlə dolu hazırkı dövrdə ABŞ-ın qlobal problemlərə qarşı təkbaşına mübarizə apara bilmədiyini, buna görə də öz müttəfiqlərini güclü şəkildə dəstəkləməli olduğunu vurğulayıb. Sonra senator Krauder Azərbaycana dəstək ifadə olunan bəyanatı təqdim edib. Sənəddə son 20 il ərzində beynəlxalq terrorizmə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə və insan alverinə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, enerji təhlükəsizliyinin təmini sahələrində Azərbaycanın ABŞ ilə sıx əməkdaşlıq etdiyi bildirilir. Qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a öz qeyd-şərtsiz dəstəyini göstərən ilk ölkələrdən biri olub, Əfqanıstandakı koalisiya qoşunları üçün hava məkanını və hava limanlarını açıb və öz əsgərlərini ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşmək üçün Əfqanıstana göndərib. Bildirilir ki, Kolorado ştatı ilə Azərbaycan arasında ticarət, mədəniyyət və təhsil mübadiləsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Qeyd edək ki, Koloradoya səfəri çərçivəsində baş konsul Nəsimi Ağayev Senatın və Nümayəndələr Palatasının aparıcı üzvləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə qanunvericilər ABŞ-a müxtəlif sahələrdə daim göstərdiyi köməyə görə Azərbaycana təşəkkürlərini bildiriblər.
ABŞ-dakı erməni lobbisi Kolorado ştatı Senatı tərəfindən Azərbaycana belə bir müsbət münasibətin və dəstəyin göstərilməsindən dərin narahatlıq keçirərək, bunun qarşısını almaq üçün ölkə səviyyəsində geniş kampaniyaya başlayaraq, senatorlara təzyiq edərək, Azərbaycana dair təqdimatın ləğv edilməsi istiqamətində aramsız səylər göstərmişdi. Ancaq bütün bunlara baxmayaraq, Senatın üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdən geri çəkilməyib, ölkəmizə açıq dəstək nümayiş etdirərək, prinsipial mövqe sərgiləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

