20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Ukraynada silsilə tədbirlər keçirilib
19.01.2015 [17:56]
Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Ukraynanın Sumı, Dnepropetrovsk və Xarkov şəhərlərində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Sumı şəhərindəki mərasimdə Sumı Vilayətinin qubernatoru Nikolay Kluçko, vilayətin elm və ictimai xadimləri, deputatlar diplomatik korpusların nümayəndələri və bir sıra xalqların diaspora təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sinələrini dövlət müstəqilliyimizə tuşlanmış imperiya gülləsinə sipər edərək şəhid olmuş cəsur oğul və qızlarımızın qəhrəmanlıqlarından söz açıb. 20 Yanvar faciəsini çağdaş Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi adlandıran fəxri konsul, Sovet imperiyasının ölkəmizi hər tərəfdən informasiya blokadasına aldığı bir zamanda Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək başda Mixail Qorbaçov olmaqla, keçmiş Sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. Anım mərasimində çıxış edən Sumı vilayətinin qubernatoru Nikolay Kluçko 25 il bundan öncə Bakıda bəşəri cinayət törətmiş keçmiş Sovet rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini bildirib. Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun 20 Yanvar faciəsi ilə bağlı Ukraynanın bir sıra vilayət və şəhərlərində təşkil etdiyi silsilə tədbirlərin tarixi əhəmiyyətindən söz açan qubernator bildirib ki, bu gün Azərbaycan xalqı üçün həm faciə, həm də əzmkarlıq və qəhrəmanlıq tarixidir. Həqiqətən də o zaman Azərbaycanın qəhrəman oğul və qızları bütün dünyaya sübut etdilər ki, onların mübarizə əzmini heç bir qüvvə sındıra bilməz. Qubernator müstəqil Azərbaycan dövlətinin inkişaf edərək dünyanın aparıcı ölkələri arasında böyük nüfuz sahibinə çevrildiyini diqqətə çatdıraraq, ölkəmizin əldə etdiyi böyük uğurları Azərbaycan xalqının dövlət başçısına olan yüksək inam və hörmətin məntiqi nəticəsi kimi dəyərləndirib.
Anım mərasimində çıxış edən Sumı vilayətinin deputatı Valeri Tolbatov, tarixçi alim Anatoli Qonçarenko, Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayət təşkilatının sədri Mehriban Salmanov və digər şəxslər aradan 25 il ötməsinə baxmayaraq, 20 Yanvar faciəsini törətmiş insanlar haqqında heç bir ölçü götürülməməsini tarixi saxtakarlıq kimi qiymətləndiriblər. Bu faciənin tək Azərbaycan xalqı üçün deyil, ümumilikdə, insanlığa yönəlik bəşəri cinayət adlandıran natiqlər bu faciəni törətmiş cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab vermələrini tələb ediblər .
20 Yanvar qurbanlarının xatirəsi Dnepropetrovsk şəhərində də yad olunub. Anım mərasimində Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəsmiləri, diplomatlar, deputatlar və diaspora və media təmsilçiləri iştirak ediblər.
Mərasimdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov son iki əsrdə erməni və ermənipərəst qüvvələrin Azərbaycan xalqına və dövlətinə qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırib. Bu baxımdan 20 Yanvar faciəsinin də eyni ssenarinin tərkib hissəsi olduğunu bildirən konsul, xalqımızın başına gətirilmiş bu dəhşətli cinayətə hüquqi-siyasi qiymətin verilməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Mərasimdə Dnepropetrovsk vilayət Dövlət Administrasiyası rəhbərinin müşaviri Boris Treyqerman və Ukrayna Azərbaycanlıları konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev çıxış edərək indiyədək beynəlxalq təşkilatların və dünya birliyinin 20 Yanvar faciəsinə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər. Tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən sənədli film nümayiş etdirilib.
Ukraynanın ilk paytaxtı olan Xarkov şəhərində də 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla xatırlanıb. Qeyd olunub ki, Sovet hakimiyyəti 30 mindən çox əsgər və müasir hərbi texnikası ilə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya və ölkəmizin digər şəhərlərinə daxil olaraq xalqımızın müstəqillik əzmini sındırmağa çalışsa da, imperiya qüvvələrinə qarşı nifrətlə silahlanmş Azərbaycan xalqının inadkarlığı və qəhrəmanlığı qarşısında aciz qaldı. Bu gün Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu bildirən konsul Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusunun qısa bir zamanda torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb. Tədbirdə çıxış edən Xarkov vilayət Dövlət Administrasiyası başçısının müavini Yevgeniy Şaxnenko, Xarkov vilayət deputatlar şurasının sədr müavini Lyudmila Davıdova və digər rəsmi şəxslər, müstəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın tarixi tale oxşarlığından danışıblar. Hər iki xalqın müstəqillik və azadlıq yolunda çoxsaylı qurban verdiklərini qeyd ediblər. Anım mərasimində Azərbaycan Televiziyasının çəkdiyi 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Azərbaycanın dövlət müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsinin hər zaman uca tutulacağı bildirilib.
Möhsüm Qədiroğlu,
Azərbaycan Teleradio Verilişləri QSC-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə bürosunun rəhbəri
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

