/ / Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsəri müzakirə olunub
Akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsəri müzakirə olunub
19.12.2014 [09:45]
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov əsərin tarixi əhəmiyyətindən söz açıb.
Bildirilib ki, akademik Ramiz Mehdiyevin hər yeni əsəri fəlsəfə, tarix, ideologiya və beynəlxalq münasibətlər nəzəriyyəsinə bir töhfədir. Bu fundamental, böyük və ciddi əsərində də müəllif müasir beynəlxalq münasibətlər nəzəriyyəsini zənginləşdirir, dünya siyasətinin əsas tendensiyalarına dair baxışlarını açıqlayır. “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərinin DİA-da geniş müzakirəsi təşkil olunub və aktuallığı nəzərə alınaraq onun tədrisi reallaşdırılır.
“Dəyirmi masa”da Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək akademik Ramiz Mehdiyevin yeni əsərini yüksək qiymətləndirib və onu zamanında yazılmış siyasi əsər adlandırıb.
Vurğulanıb ki, vaxtaşırı aktual mövzulara həsr edilmiş elmi əsərlərlə geniş oxucu auditoriyasının diqqətini cəlb edən Ramiz Mehdiyev Azərbaycanda gedən proseslərə siyasi-fəlsəfi yanaşma ortaya qoyur. Dünyada bir çox dövlətlərdə baş verən proseslərə heç də hər yerdə geniş, elmi şərhlər verilmir. Bu baxımdan hörmətli alimimizin əsəri olduqca təqdirəlayiqdir.
Ramiz Mehdiyev bu əsərində də geniş elmi axtarışlara söykənərək Azərbaycan dövlətçilik ənənələrinin qorunmasının əsaslarını və buna maneələr yarada bilən amilləri açıq şəkildə göstərib. Akademik müasir müstəqil Azərbaycanın möhkəm təməlini qoymuş, sabitliyi, güclü iqtisadiyyatı və demokratiyanı beynəlxalq birliyə ən yaxşı inteqrasiya yolu hesab edən Ümummilli lider Heydər Əliyev kursunun bu sahədəki rolunu xüsusilə vurğulayır. Qeyd edir ki, Azərbaycan tarazlaşdırılmış xarici siyasətini uğurla davam və inkişaf etdirir. Dünyaya aydın şəkildə göstərir ki, hadisələrin qiymətləndirilməsi və beynəlxalq problemlərin həllində ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüquq normaları və ölkənin maraqlarından çıxış edir.
Tədbirdə fəlsəfə üzrə fəlsəfə doktoru Sevil Məmmədova və siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək əsərin məziyyətlərindən danışıb və onu Azərbaycanda və dünyada baş verən siyasi proseslərin təhlili baxımından olduqca dolğun və tutarlı faktlarla zəngin bir siyasi yanaşma kimi qiymətləndiriblər. Akademik Ramiz Mehdiyev haqlı olaraq belə bir qənaətə gəlir ki, “...rəngli inqilablar” istənilən regionda əmin-amanlıq üçün təhlükə yaradır və yalnız ABŞ-ın xoşu gəlməyən rejimləri onun nəzarət etdiyi hökumətlərlə əvəz etmək məqsədi güdür”.
Ölkədə vətəndaş cəmiyyətinin inkişafı barədə mühakimə yürüdən müəllif yeni nəsil “beşinci kolon” rolunda çıxış edən “qeyri-hökumət təşkilatları”nın fəaliyyətinə toxunur və onların milli mənafelərə zidd əməllərini konkret faktlarla açıb göstərir.
“Dəyirmi masa” iştirakçılarının fikrincə, gələcək tədqiqatçılar XXI əsrin əvvəllərindəki siyasi mənzərəyə nəzər salarkən akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” əsərindən yetərincə bəhrələnə biləcəklər.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

