/ / Jasminka Simic: AzərTAc tolerantlıq və multikulturalizmlə bağlı məlumatlar yaymaqla olduqca mühüm bir vəzifəni həyata keçirir
Jasminka Simic: AzərTAc tolerantlıq və multikulturalizmlə bağlı məlumatlar yaymaqla olduqca mühüm bir vəzifəni həyata keçirir
28.10.2014 [09:36]
“Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) tolerantlıq və multikulturalizmlə bağlı məlumatlar yaymaqla olduqca mühüm vəzifəni həyata keçirir”.
Bu sözləri Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Serbiya radio və televiziyasının jurnalisti Jasminka Simic AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində söyləyib. O deyib: “Bəşəriyyətin mədəni irsinin qorunmasında medianın rolu çox vacibdir. Belə önəmli məsələ ilə bağlı insanları məlumatlandırmaq kimi əhəmiyyətli bir missiyanı məhz media yerinə yetirir. Forum çərçivəsində təşkil olunan “dəyirmi masa”larda səslənən fikirləri, xüsusilə AzərTAc-ın Baş direktoru Aslan Aslanovun çıxışını diqqətlə dinlədim. Belə qənaətə gəldim ki, AzərTAc tolerantlıq və multikulturalizm istiqamətində reallaşdırılan tədbirlərlə bağlı məlumatlar yaymaqla olduqca mühüm bir vəzifəni həyata keçirir”.
Forum haqqında təəssüratlarını bölüşən J.Simic bu tədbirdə ilk dəfə iştirak etdiyini bildirərək deyib: “Burada gördüyüm və eşitdiyim hər bir məqam məndə böyük təəssürat yaratdı. Zənnimcə, Forum intellektualların bir araya toplaşdığı tədbir kimi dünyada hökm sürən humanitar böhranın gələcək durumuna böyük təsir göstərə bilər. Bu Forum humanitar əməkdaşlığı təşviq etməklə davamlı inkişafı və bu sahəyə vahid yanaşmanı təmin edir. Tədbirdə irəli sürülən insan kapitalına sərmayə qoyulması ideyası diqqətimi çəkdi. Bütün dünya ölkələrində bu sistemin tətbiq olunması müsbət nəticələr verə bilər. Müxtəlif acınacaqlı böhranlarla, münaqişə və gərginliklərlə üz-üzə qaldığımız bir dövrdə Bakı Forumu bu problemlərin həll yollarını tapmaq üçün əsas vasitədir”.
Serbiyalı jurnalist əlavə edib ki, “Avrasiyanın Parisi” adlandırdığım paytaxt Bakı inkişaf etmiş, müasir və gözəl məkan kimi məndə böyük təəssürat yaratdı. Dünyada hökm sürən mənfi proseslər, iqtisadi böhran, avrozonanın mürəkkəb bir vəziyyətdə olması bütün diqqətləri sürətlə inkişaf edən Avrasiya regionuna, o cümlədən Azərbaycana yönəldir. Bu region multikulturalizmin kök saldığı, eyni zamanda, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, ətraf mühit sahələri üzrə artıq mühüm mərkəzə çevrilib. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da mədəniyyətlərarası dialoqun genişləndirilməsinə mühüm töhfələr verməkdədir. Belə ki, ölkəniz bir çox mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etməkdədir.
Ölkələrimiz arasındakı əlaqələrdən danışan J.Simic Azərbaycan hökumətinin Serbiyada bir sıra layihələr həyata keçirməsini məmnunluqla xatırlayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10

