“Demokratiya” və “insan hüquqları” məsələsi təzyiq vasitəsi kimi...
18.10.2014 [10:59]
ABŞ Dövlət Departamentinin subyektiv mülahizələrə söykənən, ölkə reallıqlarını əks etdirməyən bəyanatı Azərbaycanın daxili işlərinə qarışmaqdır
Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlətdir. Ölkəmizdə daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması, ictimai-siyasi institutların legitim fəaliyyətinə əlverişli şəraitin yaradılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Sadalananlarla yanaşı, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına, milli maraqlara xidmət edir. Bütün bunlar, eyni zamanda, ölkədəki əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Başqa sözlə, həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də, qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində aidiyyəti strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Lakin təəssüflər olsun ki, bəzi xarici qurum və şəxslər, “insan hüquqlarının müdafiəsi” adı ilə qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.
Qanun pozuntuları və illeqal əməllərə haqq qazandırmaq qanunların aliliyi prinsipinə ziddir
Həmin dairələr özlərinin məhdud korporativ maraqları naminə bu və ya digər məsələlər ətrafında dövlətimizə təzyiq etmək, Azərbaycanın yüksək beynəlxalq imici və reytinqinə xələl gətirmək üçün ən müxtəlif vasitələrə baş vururlar. Qeyd etdiyimiz kimi, bu sırada daha çox “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan istifadə edilir. Bu kontekstdə son olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin bəyanatında bu cür qeyri-obyektiv, qanunun aliliyi prinsipinin heçə sayıldığı məqamlar yer alıb. O, “xalq diplomatiyası” adı altında düşmənlərimizlə sıx əməkdaşlıq edən Leyla Yunusova və Arif Yunusov kimi antimilli ünsürləri müdafiə edərək, bir növ, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini “tələb edib” və dolayısıyla, bu, həmin qurumun illeqal fəaliyyəti dəstəklədiyini göstərib...
Azərbaycanda insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur
Amma bu şəxsin timsalında bəhs olunan qurum və dairələr nəzərə almalıdırlar ki, Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. Onlar məhz bunu nəzərə alaraq anlamalıdırlar ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur.
Eyni zamanda, bu cür subyektiv mülahizələr əsasında hazırlanmış bəyanatlarla çıxış edənlər onu da bilməlidirlər ki, milli və ictimai maraqlara zidd fəaliyyət göstərən şəxslərin qeyri-qanuni fəaliyyətlərinin qarşısının alınması istiqamətində bundan sonra da müvafiq tədbirlər görüləcək. Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz qanunun işlədiyi cəmiyyətlərdə ictimai və dövlət mənafelərinə zidd fəaliyyət göstərənlər layiq olduqları cəzanı alırlar.
Dövlət Departamenti insan hüquqlarını əsas tutduğunu iddia edirsə...
Digər məqam budur ki, Azərbaycan əleyhinə ikili standartlara söykənən bu cür bəyanatlar verənlər insan hüquqlarını əsas tutduğunu iddia edirlərsə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini, 250 mindən çox soydaşımızın öz tarixi torpaqlarından qovulmasını, minlərlə insanın xüsusi qəddarlıq və vəhşiliklərə məruz qalmasını niyə diqqətə çatdırmır? Yaxud, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin yeni bir mərhələsi olan, Azərbaycan xalqının başına gətirilmiş qanlı faciələrdən biri - Xocalı soyqırımı haqqında gerçəkliklər nəyə görə tənqid obyektinə çevrilmir?
Bu cür manipulyasiyalar heç bir nəticə verməyəcək
Nəticə etibarilə, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Dolayısıyla, bu cür manipulyasiyalar, neqativ cəhdlər heç bir nəticə verməyəcək. Həmçinin, belə manipulyasiyalarla ölkəmizdə ictimai rəyə təsir etmək mümkün deyil. Bu kimi addımlar nə Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə sala, nə də ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

