Dövlət tərəfindən prokurorluq orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir
01.10.2014 [09:36]
Sentyabrın 30-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 96-cı ildönümü münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan veteranları Respublika Hərbi Prokurorluğunun rəhbərliyi və kollegiyası adından təbrik edib. O, xüsusi vurğulayıb ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, mili maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və gündəlik qayğısı nəticəsində mümkün olub.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Xanlar Vəliyev xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bütün digər qurumları ilə yanaşı, Azərbaycan Prokurorluğunun da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildiyini, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusunun yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə cəmiyyətdə statusuna uyğun yerini tutub.
Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin tarixi reallığı bərpa edən və prokurorluğun cəmiyyətdə rolu və yeri məsələsinə dövlət səviyyəsində münasibət bildirən 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən hadisədir.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, dövlət tərəfindən prokurorluq orqanlarına daim hərtərəfli diqqət və qayğı göstərilir, bu qurumların fəaliyyətinin daha da təkmilləşdirilməsi, əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsinə uyğun təkmilləşdirilməsində “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan bu Proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı, əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, habelə yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.
Tədbirdə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) sədri Əhməd Zəki Limanın başçılığı ilə nümayəndə heyəti iştirak edib.
Əhməd Zəki Liman tədbirdə çıxış edərək peşə bayramı münasibətilə prokurorluq işçilərinə təbriklərini çatdırıb.
Prokurorluğa dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlığını bildirən X.Vəliyev əmin edib ki, Respublika Hərbi Prokurorluğu öz işini göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcək.
Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xidmətdə fərqlənən bir qrup əməkdaşa medallar, qiymətli hədiyyələr və hərbi rütbələr təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34

