Qubada dini icmalar üçün regional konfrans başa çatıb
18.09.2014 [09:58]
Sentyabrın 17-də Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.
Regional konfransın hər iki iş gününün tədbirlərində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransın ikinci günü bir sıra maraqlı məruzələrlə yadda qalıb.
“Ənənəvi İslam dini radikalizmlə mübarizədə real alternativ kimi” mövzusunu əhatə edən plenar iclasda ilk olaraq Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov “Azərbaycanın şimal bölgəsində ənənəvi İslam” mövzusunda məruzə ilə çıxış edib. Natiq tarixən ölkəmizdə mövcud olan İslam dəyərləri, ənənəvi məzhəblər və onlar arasında olan tolerantlıq ənənələrindən danışıb.
Mövzunun davamı olaraq Bakı İslam Universitetinin müəllimi Aslan Həbibov “Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi” mövzusunda məruzəsində son illərdə yayılan qeyri-ənənəvi, radikal dini cərəyanların ənənəvi İslamın düzgün təbliğ edilməsi ilə qarşısının alınmasının vacib olduğunu diqqətə çatdırıb.
“Milli adət-ənənələrimiz: dini icmalar və din xadimlərimiz” adlı plenar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Niyaz Yaqubov “Milli mənəvi dəyərlərimizin təbliğ olunmasında dini icmaların yeri və rolu” mövzusundakı məruzəsində milli mənəvi dəyərlərimizin təbliğ edilməsi, xüsusilə gənclərimizin bu ruhda yetişməsi üçün din xadimlərinin, dini icmaların fəaliyyətinin vacib olduğunu vurğulayıb.
Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları” mövzusunda məruzəsində ruhanilərin və din xadimlərinin dinimizin təbliğ edilməsi istiqamətində apardıqları işdə cəmiyyətin ayrı-ayrı fərdlərinin xüsusiyyətlərinə uyğun metodlardan istifadə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Fasilədən sonra işini davam etdirən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədovun “Vətənpərvərlik milli mənəvi dəyər kimi”, həmin şöbənin müdir müavini Əliheydər Zülfüqarovun “Dini icmaların fəaliyyəti: imkanlar və perspektivlər”, Qafqaz Müsəlmanları İdarəsinin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhəri “Hacı Cəfər” məscidinin imamı Elnur Əfəndiyevin “İslamda Vətən və dövlət sevgisi” mövzularında məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Quba rayonunun Qırımızı qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev bildirib ki, Azərbaycanda bütün dini icmalar əsrlər boyu birgə tolerantlıq şəraitində yaşayıblar. Boris Simanduyev buna misal olaraq Azərbaycanda yəhudilərin adət-ənənələrinin qorunub saxlanmasında müsəlmanların böyük xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, “buna görə də mən bütün yəhudilər adından Azərbaycan xalqına təşəkkür edirəm”.
Konfransın bağlanış mərasimində çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, din xadimləri növbəti konfranslar üçün onları maraqlandıran mövzular təklif edə bilərlər.
Bu konfransların əsas məqsədinin təkcə maarifləndirmə deyil, həm də dini icmaların təşkilatlandırılması və təlimatlandırılması olduğunu diqqətə çatdıran G.İsmayılov növbəti belə tədbirlərə dindarların cəlb edilməsi prosesində icmaların yaxından iştirakının zəruriliyini vurğulayıb. Bildirib ki, dini icmalar və din xadimləri regiondakı dini durumu daha yaxşı bilir və gənclərimizin dini maarifləndirilmə istiqamətində faydalı olan bu cür tədbirlərə cəlb edilməsi onların gələcək inkişafı üçün əhəmiyyətli olacaq.
Xəbər lenti
Hamısına baxElm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39

