/ / Nə üçün ABŞ və Fransa Karen Petrosyanla bağlı bəyanatlar yayır, lakin Həsən Həsənov barəsində heç bir narahatlıq ifadə etmir?
Nə üçün ABŞ və Fransa Karen Petrosyanla bağlı bəyanatlar yayır, lakin Həsən Həsənov barəsində heç bir narahatlıq ifadə etmir?
26.08.2014 [09:28]
Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi, ABŞ və Fransanın üzərinə götürdüyü missiyaya ziddir
Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşmada bir sıra təşkilatların, dövlətlərin ikili münasibəti illərdir ki, özünü göstərməkdədir. Azərbaycanın beynəlxalq hüquq və dünya birliyi tərəfindən tanınan ərazilərinin Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə salınması faktlarının ortada olmasına baxmayaraq, bəzi ölkələr “tərəflərə bərabər münasibət göstərmək” adı altında işğalçı Ermənistan üçün cəzasızlıq mühiti formalaşdırıb. Son dövrlərin hadisələri isə göstərir ki, işğala məruz qalan ölkə ilə işğalçıya münasibətdə saxta “balans”dan da imtina edən dövlətlər açıq surətdə təcavüzkarı müdafiə edən addımlara yol verirlər. Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar bəyanatları buna nümunə kimi göstərilə bilər.
ABŞ VƏ FRANSANIN KAREN PETROSYANLA BAĞLI BƏYANATLARI QƏRƏZLİ YANAŞMANIN BARİZ NÜMUNƏSİDİR
Xatırladaq ki, qeyd olunan bəyanatlarda Karen Petrosyanın Azərbaycanda əsirlikdə saxlanılarkən qəfil ölməsindən narahatlıq ifadə olunur, onun cəsədinin geri qaytarılması tələb edilir. Maraqlıdır ki, ABŞ və Fransa Karen Petrosyanın silahla qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olmasının hansı məqsədə xidmət etdiyi ilə maraqlanmır, əvəzində isə onun ölümündə Azərbaycan tərəfini günahlandırmağa çalışırlar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ABŞ və Fransa tərəfinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirən bəyanatında deyilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olub. Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən alınıb və qrupun tərkibində olan Karen Petrosyan əsir düşüb. Həmçinin, nazirliyin məlumatında bildirilib ki, naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılıb və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib. Məlumatlara görə, Karen Petrosyan ürək çatışmazlığından ölüb.
ABŞ VƏ FRANSA NƏ ÜÇÜN HƏSƏN HƏSƏNOVUN ÖLDÜRÜLMƏSİ İLƏ BAĞLI SUSUR?
Erməni əsirlə bağlı bəyanat yaymağa tələsən ABŞ və Fransa, nədənsə, ikisi əslən Kəlbəcər rayonundan, biri isə Cəbrayıldan olan 3 azərbaycanlının - Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun Ermənistan tərəfindən əsir götürülməsinə, Həsən Həsənovun öldürülməsinə isə heç bir reaksiya vermir? Karen Petrosyandan fərqli olaraq, onlar heç bir başqa ölkənin ərazisinə daxil olmayıblar, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan sərhədləri daxilində hərəkət edərək işğal altında olan öz doğma rayonlarına gedib, valideynlərinin, yaxınlarının məzarlarını ziyarət etmək istəyiblər. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi, ABŞ və Fransa işğalçı Ermənistanın öz yurduna baş çəkən insanları tutaraq öldürməsini, işgəncə verməsini sorğulamaq, rəsmi Yerevandan izahat tələb etmək əvəzinə, məsələyə göz yumaraq, əvəzində təxribatçı-diversant Karen Petrosyanın “haqlarını” tələb etməsi bu iki ölkənin üzərinə götürdüyü missiyaya uyğun gəlmir.
Digər tərəfdən, mövcud qaydalara əsasən, Ermənistan tərəfi əsirləri vaxtı uzatmadan geri qaytarmalı olduğu halda, Həsən Həsənovun Dağlıq Qarabağda dəfn olunduğu barədə məlumat yayıb, digər əsirləri isə geri qaytarmaq niyyəti nümayiş etdirmir.
Bütün bunlar Ermənistanın təcavüzkar siyasətini davam etdirməsini və bu siyasətin bəzi xarici havadarlar tərəfindən açıq surətdə dəstəklənməsini təsdiq edir.
ABŞ VƏ FRANSA İŞĞALÇI ERMƏNİSTANIN ƏSİRLƏRƏ QARŞI ZORAKI DAVRANIŞINA GÖZ YUMUR
Azərbaycan XİN-in qeyd olunan bəyanatından da göründüyü kimi, ölkəmizin ərazilərini işğal edən Ermənistan tərəfindən əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəaları daimi olaraq kobud şəkildə pozulur. Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlının taleyi haqqında bu günə qədər heç bir məlumat verilmir.
Bəyanatda qeyd edilir ki, öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalması, Həsən Həsənovun isə qətlə yetirilməsi, işğalın ilk günündən Ermənistan silahlı qüvvələrinin mütəmadi əsasda qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd xətti boyunca mülki şəxslərin, o cümlədən, azyaşlı uşaqların hədəfə alınması, Ermənistan silahlı qüvvələrinin 31 iyul - 1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməli və 7 avqust tarixində bunun davam etdirilməsinə cəhd Ermənistanın beynəlxalq hüquq, insaniyyət və mənəviyyatdan kənar siyasətinin göstəricisidir.
Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirdilməsi və ona siyasi don geyindirilməsi cəhdləri bu ölkənin törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır.
ABŞ VƏ FRANSANIN BƏYANATLARI ÖZÜNÜİFŞA XARAKTERİ DAŞIYIR
Qeyd olunanların fonunda, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistanın qeyri-insan rəftarı haqda, o cümlədən, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bəyanatlar tamamilə qəbuledilməzdir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu kimi həssas məsələlərdə birtərəfli və qərəzli fəaliyyət nümayiş etdirmələri Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmır.
Minsk qrupunun həmsədr ölkələri, eləcə də, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi üzərlərinə düşən öhdəlik və məsuliyyətə uyğun olaraq, ABŞ və Fransanın bu kimi bəyanatların əvəzinə, BMT-nin Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında tezliklə işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin həllinin təmin olunmasına doğru səylərini artırması və səfərbər etməsi lazımdır. İndiki halda isə görünən odur ki, bu dövlətlər ədalətin bərpa olmasına yardım etmək əvəzinə, regionda sülh və sabitliyə hədə olan münaqişənin dərinləşməsinə, Ermənistanın təcavüzkar əməllərini davam etdirməsinə şərait yaradır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19

