Milli Məclisdə tikinti şirkətlərinə qarşı tənqidlər səsləndirilib
21.06.2014 [11:11]
Milli Məclisin iyunun 20-də keçirilən iclasında bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı yaşayış binaları inşa edən şirkətlərə qarşı sərt tənqidlər səsləndirilib.
APA-nın məlumatına görə, çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı şirkətlərin tikib satdıqları evlərdə kommunal xərclərin çox yüksək olduğunu bildirib. O deyib ki, kommunal xərclər üçün yığılan məbləğin həddən artıq çox olması ciddi narahatlıq yaradıb: “Bununla bağlı kifayət qədər şikayətlər daxil olur. Hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir. MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çox ciddi məsələdir”.
Ziyad Səmədzadə isə qeyd edib ki, mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmalıdır: “Hər şirkət 5-6 binanın bir idarəedici strukturunu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmayan, vergi adı ilə xeyli vəsait toplayırlar. Araşdırma aparmaq lazımdır”.
Qüdrət Həsənquliyev də narahatlığını ifadə edərək bəyan edib ki, bəzi şirkətlər evi tikib satır, sonra da soyğunçuluqla məşğul olurlar: “Bəzən hər kvadratmetr üçün 1 manat alırlar. Tədbirlər görülməlidir”.
Arif Rəhimzadə bildirib ki, “Xutor” və buna bənzər ərazilərdə mənzilin kv. metri üçün ödəniş 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər: “Mənzil Məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özlərini idarə edəcək qurumu müəyyənləşdirə bilər. Həmin binalarda yaşayan sakinlər heç bir ictimai fəallıq göstərmir. Ona görə də tikinti şirkətləri özləri bu işlə məşğul olurlar. Vətəndaşlar bir az fəal olsalar, həmin şirkətin xidmətindən imtina edib, ayrı quruma həvalə edə bilərlər. Bu məsələdə yalnız insanların fəallığına ehtiyac var”.
Xəbər lenti
Hamısına baxSiyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14

