Bakıda “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib
21.06.2014 [11:09]
İyunun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.
AzərTAc xəbər verir ki, konfransın açılışında Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi Yaqub Mahmudov müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Bakıda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş konfransın məqsədi Azərbaycanın və digər qonşu regionların tarixinin yenidən araşdırılması və olduğu kimi yazılmasıdır.
Birinci Dünya müharibəsi illərində Cənubi Qafqaz regionunun və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı soyqırımlarının törədildiyini diqqətə çatdıran Y.Mahmudov bildirib ki, ermənilər Azərbaycanda xüsusilə qanlı cinayətlərə yol açıblar. 1918-ci ildə erməni hərbi dəstələrinin tarixi Azərbaycan torpaqlarında bu əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə dinc azərbaycanlı-müsəlman əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə və kütləvi qırğın əməllərindən bəhs edən Y.Mahmudov vurğulayıb ki, azərbaycanlılara qarşı törədilən soyqırımı aktları erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə müsəlmanların sayını maksimal dərəcədə azaltmağa yönəlmiş irimiqyaslı planlarının bir hissəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı, bütün Zaqafqaziya hüdudlarında Birinci dünya müharibəsi başlanandan bəri azərbaycanlı-müsəlman əhaliyə, habelə onların əmlakına qarşı törədilmiş cinayət əməllərinin araşdırılması üzrə Fövqəladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdə Bakı və ətraf ərazilərin azərbaycanlı əhalisinə qarşı törədilmiş zorakılıq əməllərindən bəhs edilib. 1918-ci ilin martında təkcə Bakıda 15 mindən çox dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib. Komissiyanın topladığı materiallarda erməni hərbi dəstələrinin Nuxa, Şamaxı, Qarabağ, Zəngəzur, Ərəş, Cavad, Quba, Göyçay, Lənkəran qəzalarında və Gəncə quberniyasının kəndlərində dinc əhaliyə qarşı törətdikləri cinayətlərdən də bəhs olunub.
İnstitutun direktoru qeyd edib ki, ermənilərin Şərqi Anadoluda və Azərbaycanda həyata keçirdikləri soyqırımı siyasətinin məqsədi “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq idi. Biz istəyirik ki, Azərbaycanın tarixi dünya ictimaiyyətinə olduğu kimi çatdırılsın. Bu işdə alimlərin əvəzsiz rolu danılmazdır. Birinci Dünya müharibəsi ilə bağlı tarixin çox hissəsi yenidən yazılmalıdır. Ermənilər 2015-ci ildə qondarma “erməni soyqırımı”nın yüz illiyini qeyd etməyə hazırlaşırlar. Tarixi təhrif etmək olmaz. Dünya ictimaiyyəti tarixin saxtalaşdırılmasına, uydurma tarixə əsaslanan bu cür tədbirlərin keçirilməsinə yol verməməlidir.
Y.Mahmudov konfransın qoyulan məqsədə nail olacağına əminliyini bildirib, tədbir iştirakçılarına səmərəli fəaliyyət, uğurlar arzulayıb.
Plenar iclasda AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova, Türkiyənin Atatürk Araşdırma Mərkəzinin direktoru, professor Məhmət Əli Beyhan və başqaları çıxış edərək Birinci Dünya müharibəsi dövründə baş vermiş soyqırımı hadisələrindən danışıblar. Konfransın tarixi əhəmiyyətini vurğulayan natiqlər tarixin qaranlıq səhifələrinin üzə çıxarılmasında bu cür tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd ediblər.
Daha sonra konfransın işi üç bölmədə davam edib.
Bölmə iclaslarında Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Mərkəzi Asiya dövlətləri və digər ölkələrdən tanınmış tarixçi alimlər mövzuya dair məruzələrlə çıxış ediblər.
Tədbirdə “Qafqaz cəbhəsində Osmanlı ordusunun vəziyyəti”, “Birinci Dünya müharibəsi illərində Azərbaycan xalqına qarşı “Böyük Ermənistan” cinayəti”, “1918-ci ilin mart hadisələri və Bakıda Sovet hakimiyyətinin bərpası”, “Birinci Dünya müharibəsi illərində Bakı quberniyasında azərbaycanlıların soyqırımı”, “Birinci Dünya müharibəsi və ermənilərin türk xalqına qarşı vəhşilikləri”, “Birinci Dünya müharibəsi illərində erməni-Rusiya hərbi birliklərinin Şərqi Anadolunun Qars vilayətində törətdikləri soyqırımları” və digər mövzularda məruzələr dinlənilərək müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

