/ / Mübariz Qurbanlı: Üç türkdilli dövlətin xarici işlər nazirlərinin imzaladığı Bəyannamənin böyük siyasi və iqtisadi əhəmiyyəti var
Mübariz Qurbanlı: Üç türkdilli dövlətin xarici işlər nazirlərinin imzaladığı Bəyannamənin böyük siyasi və iqtisadi əhəmiyyəti var
30.05.2014 [09:12]
“Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi region ölkələri ilə mütamadi olaraq sıx əlaqə saxlayır. Bu baxımdan, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan danışıqları son dövrlərdə çoxşaxəli beynəlxalq siyasi fəaliyyətimizin əsas göstəricilərindən biridir. Bu gün Cənubi Qafqaz və Xəzər hövzəsi dünya enerji bazarına töhfələr verir və dünya enerji bazarında xüsusi yer tutmaq istiqamətində rolunu gücləndirir”. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycan Xəzər hövzəsində özünün ixracatçı mövqeyini gücləndirməklə yanaşı, Mərkəzi Asiyanın da karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında tranzit ölkə kimi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu baxımdan, Türkmənistan qazının Avropa bazarına çıxarılması bu gün Avropa İttifaqı ilə aparılan danışıqlarda çox vacib yer tutmaqdadır.
“Türkmənistan qazının Avropaya çıxarılması üç türk dövləti arasında daha da yaxınlaşmanı və qarşılıqlı əməkdaşlığı zəruri edir. Türkmənistan, Azərbaycan və Türkiyə-üç oğuz soyuna mənsub olan türkdilli dövlət təbii ki, öz maraqlarını qorumaq üçün vahid platformadan çıxış etməyi qarşılarına məqsəd qoyublar. Ona görə də, üç ölkənin xarici işlər nazirlərinin Bakı şəhərində keçirdiyi görüş və görüşün yekunu olaraq qəbul edilmiş Bəyannamə bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq baxımından əhəmiyyət kəsb etməklə yanaşı, bölgənin enerji siyasətini də istiqamətləndirir. Bu gün Avropanın enerji bazarına çıxış üçün bu üç dövlətin ortaq məxrəcə gəlməsi çox vacibdir. Hesab edirəm ki, Bakı Bəyannaməsi və sənəddə irəli sürülən müddəalar Avropaya enerji ixracı baxımdan həlledici rol oynayan bir sənəddir. Bu sənədin imzalanmasının böyük siyasi və iqtisadi əhəmiyyəti var. Təbii ki, bu prosesdə Azərbaycan diplomatiyasının rolu danılmazdır. Bilirsiniz ki, Türkiyə üzərindən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsilə Xəzər hövzəsinin neft və qazı Avropaya ixrac olunur. TAP və TANAP layihələri bu prosesə böyük təkan verəcək. Türkmənistanın bu layihələrə qoşulması isə türkdilli dövlətlərin birliyinin daha da güclənməsi ilə yanaşı onların beynəlxalq müstəvidə də rolunu və təsirini daha da artıracaq” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

