/ / Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm
Çaloka Beyani: Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi müasir qəsəbələrin tikildiyini görməmişəm
24.05.2014 [11:28]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 23-də BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Əli Həsənov xarici qonaqların ölkəmizə səfər edərək buradakı reallıqları gözləri ilə görməsinin əhəmiyyətini vurğulayıb.
Baş nazirin müavini qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin yeganə problemidir.
Əli Həsənov deyib: “Bizim yeganə istəyimiz odur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını təmin etsin. Başqa bir istəyimiz yoxdur. Amma ermənilərin əsassız torpaq iddiaları qəbuledilməzdir”.
Baş nazirin müavini bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını təmin etmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Bu gün ölkədə məcburi köçkünlər üçün tikilmiş 82 qəsəbənin hər biri müasir standartlara cavab verir. Yəni, Azərbaycan Prezidentinin məcburi köçkünlər üçün gördüyü işlər göz qabağındadır.
Əli Həsənov bildirib ki, hazırda Ermənistan tərəfindən Azərbaycana vurulmuş ziyan hesablanır və bu proses artıq yekunlaşmaq üzrədir. Bu ziyan 300 milyard dollardan artıqdır. Azərbaycan hökuməti bir gün bu ziyanın təzminat şəkilində ödənilməsini Ermənistandan tələb edəcək.
Çaloka Beyani bildirib ki, Azərbaycana səfərinin məqsədi məcburi köçkünlərinin problemlərinin həlli istiqamətindəki vəziyyəti öyrənməkdir.
BMT rəsmisi vurğulayıb ki, məcburi köçkünlərin doğma yurdlarına dinc və sabit şəkildə qayıtmaları üçün ilk növbədə sülh barədə razılığa gəlinməlidir. Eyni zamanda, münaqişənin həlli ilə bağlı qəbul olunmuş qətnamələr icra edilməlidir. O deyib: “Biz BMT-nin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi ilə bağlı yanaşmasına fəaliyyətimizdə xüsusi önəm veririk”.
Ç.Beyani vurğulayıb ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb. Bu işlər bütün sahələri - elm, təhsil, səhiyyə və s. əhatə edir. Məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Dünyanın heç bir yerində məcburi köçkünlər üçün Azərbaycandakı kimi belə müasir qəsəbələrin tikildiyini görməmişəm. Biz bu cür qəsəbələrin tikintisini alqışlayırıq. Bununla yanaşı, bilirik ki, bunlar əlbəttə, müvəqqəti olaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Sonda tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

