Milli Məclisdə Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
21.05.2014 [09:18]
Mayın 20-də Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Milli Assambleyasının deputatlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafı məsələləri müzakirə edilib.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan həmişə Əfqanıstanın sosial-iqtisadi sahədə inkişafına dəstək göstərib və bundan sonra da göstərəcək.
Milli Məclis sədrinin birinci müavini Əfqanıstan tərəfinə BMT Baş Məclisinin sessiyasında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən işğal olunmuş ərazilərdə vəziyyət haqqında qətnamənin qəbul olunmasına və ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Əfqanıstan Milli Assambleyasının beynəlxalq əlaqələr komissiyasının rəhbəri Nisar Əhməd Hares Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini deyib. Bİldirib ki, Azərbaycana səfərlərinin məqsədi regionda baş verən terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizəni təşkil etmək, bölgənin təhlükəsizliyinə, sabitliyinə töhfə vermək üçün Kabulda dünya ölkələrinin parlament nümayəndələrindən ibarət konfransın keçirilməsinə dəstək almaqdır.
Qonaq diqqətə çatdırıb ki, bu məqsədlə də ilk səfərimizi dost və qardaş Azərbaycana etmişik. O, ölkəsinin qarşılaşdığı problemlərin həllində daim Azərbaycanın yardımını və dəstəyini hiss etdiklərini minnətdarlıq duyğusu ilə vurğulayıb.
Z.Əsgərov erməni terrorundan əziyyət çəkən, ərazisinin bir hissəsinin Ermənistanın işğalı altında olan Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını deyərək bildirib ki, narkotik vasitələrə qarşı mübarizə də ölkəmizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.
Parlamentlərarası əlaqələr barədə də fikir mübadiləsinin aparıldığı görüşdə əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

