Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması
02.05.2014 [09:20]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın aprelin 30-da Ermənistan parlamentində verdiyi bəyanata dair açıqlama yayıb.
Açıqlamada deyilir: “Ermənistan xarici işlər naziri bu cür bəyanatla çıxış etməklə beynəlxalq münasibətlər haqqında öz dar təsəvvürünü ortaya qoyur. Öz köhnə ənənələrinə sadiq qalan Ermənistan xarici işlər naziri ölkəsinin yaşadığı problemləri başqasının üzərinə atmağa çalışır.
Bəşəriyyətə qarşı cinayətlər törətmiş və qonşu dövlətin ərazisini işğal etmiş Ermənistan nəinki Avropa Şurasının üzvlüyündən çıxarılmalı, hətta ona qarşı sanksiyalar tətbiq olunmalıdır.
Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı özünün çoxəsrlik tolerantlıq ənənələri ilə fəxr edir. Azərbaycan xalqının həyat tərzi olan bu ənənələr bu gün dünya miqyasında bir nümunə kimi qəbul edilir və qabaqcıl təcrübə kimi öyrənilir. Ermənistan da Azərbaycanın zəngin tolerantlıq ənənələrindən dərs götürməlidir.
Azərbaycanlıların milli mənsubiyyətinə görə öz tarixi torpaqlarından kütləvi şəkildə qovulmasını həyata keçirmiş və nəticə etibarilə XX əsrin ən dəhşətli və böyükmiqyaslı humanitar fəlakətlərindən birinin törədilməsinə görə məsuliyyət daşıyan Ermənistan bu gün dünyada “nümunəvi” mono-etnik dövlətə çevrilmişdir.
Ermənistan rəhbərliyinin Azərbaycan və erməni xalqlarının etnik baxımdan uyğunsuzluğu barədə bəyanatları bu ölkənin rəhbərliyinin sahib çıxdığı irqçi düşüncənin təzahürüdür.
Görəsən, Edvard Nalbandyan öz prezidentinin bəyanatını niyə belə tez unudur?
Beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan xalqına qarşı etnik təmizləmə, işğal və təcavüz siyasəti yürütmüş Ermənistanın etnik və dini dözümlülük və mənəvi dəyərlərdən danışmağa heç bir haqqı və əsası yoxdur.
Nəhayət, rəsmi İrəvan qonşu dövlətlərə və xalqlara qarşı nifrətdən, ərazi iddialarından əl çəkməli, regionda sülhün pozulmasına görə öz məsuliyyətini dərk etməli və öz xalqını sülhə hazırlamalıdır.
Ermənistan yenə də öz qeyri-konstruktiv siyasətinə sadiq qalaraq müxtəlif bəhanələrlə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında dialoqa və ümumilikdə danışıqlar prosesinin irəliləməsinə və regionda sülhün və sabitliyin bərqərar olmasına maneələr yaradır”.
Xəbər lenti
Hamısına baxİdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32

