/ / Misirin nüfuzlu “Al-Balad” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Praqa Sammitindəki çıxışı haqqında məqalə dərc olunub
Misirin nüfuzlu “Al-Balad” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Praqa Sammitindəki çıxışı haqqında məqalə dərc olunub
29.04.2014 [09:25]
Misirin “Al-Balad” nəşrinin internet resursunda Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” Proqramının beşilliyinə həsr olunmuş Praqa Sammitindəki çıxışı haqqında məqalə dərc olunub.
Məqalədə bildirilib ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan ilə Aİ ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulmasın baxımından çox əhəmiyyətli hesab edib. Azərbaycan Prezidentinin zirvə görüşündə dediyi “Azərbaycan ötən beş il ərzində siyasi və iqtisadi islahatlar həyata keçirib, bu beynəlxalq təşkilata üzv olan dövlətlərlə çox konstruktiv və geniş əlaqələr qurmuşdur” fikri yer alıb.
Yazıda, həmçinin Prezident İlham Əliyevin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri də əksini tapıb.
Prezident İlham Əliyevin zirvə görüşündəki bu sözləri sitat kimi verilib. “Azərbaycan iqtisadiyyatı son on ildə islahatlar nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib. Azərbaycan dövləti ölkədə işsizliyi və yoxsulluğu aradan qaldıra bilib. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir”.
Məqalədə Prezident İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin fikrincə, bu tərəfdaşlıq elə davam etdirilməlidir ki, qarşılıqlı faydalı və mühüm layihələri uğurla həyata keçirmək mümkün olsun.
Nəşrin elektron variantında Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sözləri sitat gətirilib: “Türkiyə ilə Ermənistanın sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

