Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi işə başlayıb
29.04.2014 [09:15]
Aprelin 28-də Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi işə başlayıb.
AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin konqresə təbrik məktubunu oxuyub.
AİPS-in prezidenti Canni Merlo yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi qurumun tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, qurumun 90 illik yubileyinə həsr olunmuş kitab çapdan çıxıb. Kitabda AİPS-in fəaliyyət istiqamətləri barədə oxuculara ətraflı məlumat verilib. Üç il əvvəl Azərbaycan ilə əməkdaşlığa başladıqlarını diqqətə çatdıran C.Merlo 2012-ci ildə respublikamızda AİPS tərəfindən Gənc Jurnalistlər Proqramının təşkil edildiyini vurğulayıb.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax videomesajla konqres iştirakçılarını təbrik edib.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, konqresin fəaliyyətini yüksək qiymətləndirib.
Nazir vurğulayıb ki, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Bakıda mövcud idman infrastrukturu və inşa olunan komplekslər dünya standartlarına tam cavab verir. Mövcud turizm imkanlarından danışan Azad Rəhimov Bakının inkişaf etmiş, çoxmədəniyyətli şəhər olduğunu vurğulayıb, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin Avropa Olimpiya Komitəsi tərəfindən uğurlu seçim kimi qiymətləndirib.
Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı nailiyyətlərdən bəhs edən nazir milli komandamızın 5 yay və 4 qış Olimpiya Oyunlarında 26 medal qazandığını diqqətə çatdırıb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov konqres iştirakçılarını 90 illik yubiley münasibətilə təbrik edib, tədbirin əhəmiyyətindən danışıb.
Sonra 2012-ci ildə Azərbaycanda AİPS-in təşkilatçılığı ilə keçirilmiş Gənc Jurnalistlər Proqramından bəhs edən videoçarx nümayiş olunub.
AİPS-in Bakı konqresi mayın 1-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

