/ / Bakıda MDB iştirakçıları olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib
Bakıda MDB iştirakçıları olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçirilib
09.04.2014 [09:25]
Aprelin 8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçıları olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin (QRK) növbəti iclası keçirilib.
Tədbir Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı, QRK-nin sədri Valeri Gerasimovun sədrliyi ilə keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan və Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan və Qırğızıstan təmsilçiləri də iştirak ediblər.
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqov iclası açaraq qeyd edib ki, iqtisadiyyatı genişlənən, hərtərəfli inkişaf edən Azərbaycanın müdafiə qabiliyyəti də möhkəmlənir. Ölkənin hərbi büdcəsi ilbəil artır və bu tendensiya gələcəkdə də davam edəcək.
N.Sadıqov onu da qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü Ermənistandan başqa bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Azərbaycan beynəlxalq hüquq normalarının yerinə yetirilməsini tələb edir.
N.Sadıqov çıxışının sonunda deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, ölkəmiz daha böyük nailiyyətlər qazanardı. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğal olunmuş ərazilərdə Ermənistanın apardığı etnik təmizləmələr nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. Biz bu münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq və hesab edirik ki, bunun üçün hələ də şans və ümid vardır. Bununla belə, Azərbaycan xalqının səbri hüdudsuz deyildir. Hesab edirik ki, bu məsələ beynəlxalq hüquq çərçivəsində öz həllini tapa bilər”.
MDB Müdafiə Nazirləri Şurasının katibi Aleksandr Sinayski görüş iştirakçılarına MDB üzvü olan dövlətlərin hərbi əməkdaşlığı sahəsində 2020-ci ilə qədər planlaşdırılan tədbirlər haqqında məlumat verib.
Sonra müxtəlif ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.
İclasda hərbi təyinatlı müştərək (birləşmiş) sistemlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı məsələlər kompleksi müzakirə edilib. O cümlədən, Vahid dövlət radiolokasiya tanıma sisteminin inkişafı konsepsiyasının, humanitar minasızlaşdırma məsələlərinin həlli dövründə MDB iştirakçısı olan dövlətlərin silahlı qüvvələrinin mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Sazişin, Birlik dövlətlərinin silahlı qüvvələrinin mənafeyi naminə coğrafi məkan haqqında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Sazişin layihələrinə baxılıb.
Baş qərargah rəhbərləri MDB üzü olan dövlətlərin silahlı qüvvələrinin hərbi qulluqçularının səhra (hava, dəniz) vərdişlərinə yiyələnmək üzrə müsabiqələr keçirilməsi, habelə RF silahlı qüvvələri bölmələrinin “Açıq su” ümumordu yarışlarında iştirakın təşkil edilməsi üzrə tədbirlər planını da razılaşdırıb və bəyəniblər.
MDB QRK-nin iclası konstruktiv və işgüzar şəraitdə keçib. Komitənin iclasında qəbul edilmiş qərarlar ümumi, regional və milli maraqlar nəzərə alınmaqla qarşılıqlı tərəfdaşlıq əlaqələri formatında çoxtərəfli hərbi əməkdaşlıq sisteminin inkişafına yönəlib.
Qeyd etmək lazımdır ki, dünənki iclas baş qərargah rəhbərlərinin Bakıda keçirilmiş birinci iclasıdır. İndiyə qədər 2001-ci və 2006-cı illərdə Azərbaycan paytaxtında MDB üzrə Müdafiə Nazirləri Şurasının iclasları keçirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

