/ / Bakıda “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans keçirilir
Bakıda “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans keçirilir
02.04.2014 [09:35]
Aprelin 1-də “ADA” Universitetində “Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda birinci Beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, bu ali məktəbin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil etdiyi konfransı açan “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev artıq 8 ildir fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılmasına elə kitabxanadan başlandığını diqqətə çatdırıb. Bildirib ki, artıq niyyətimizin birinci mərhələsi həyata keçib. Hazırda kitabxana kampusun mərkəzindədir və burada dünya təcrübəsinin ən yaxşı nailiyyətləri tətbiq olunub.
Hər bir elm və təhsil ocağının əsas hissəsinin kitabxana olduğunu deyən rektor Hafiz Paşayev müasir dövrdə kitabxananın rolu və iş üslubunun çox dəyişdiyini diqqətə çatdırıb. Rektor konfransın keçirilməsi təşəbbüsünü dəstəkləyən Mədəniyyət və Turizm Nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransın keçirilməsini ölkəmizdə kitabxana-informasiya şəbəkəsinin inkişafına yönələn mühüm təşəbbüs kimi yüksək qiymətləndirib.
Nazir qeyd edib ki, kitabxana şəbəkəsi təkcə paytaxtda deyil, Azərbaycanın hər rayonunda və kəndində mövcuddur. Dövlətin məqsədi ölkə üzrə bütün sahələrin inkişafının kitabxana şəbəkəsi vasitəsilə yerlərə çatdırılması və bu şəbəkənin insanların tələbatına cavab verən bir formatda fəaliyyət göstərməsidir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 11 min kitabxanadan təqribən 4 minə yaxını nazirliyin şəbəkəsinə daxildir.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə” Dövlət Proqramı müvafiq istiqamətdə çox böyük işlərin həyata keçirilməsinə, kitabxana işini tamamilə yeni səviyyəyə qaldırmağa imkan yaradıb. Hazırda növbəti proqramın hazırlandığını deyən nazir görülən işlərin nəticəsi olaraq “kitabxana” anlayışının öz əvvəlki rəflərdə kitabların saxlanması çərçivəsindən çıxaraq kitabxana-informasiya mərkəzi məzmunu kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, respublika üzrə rayonların yarısından çoxunda artıq kitabxana-informasiya şəbəkəsi fəaliyyət göstərir.
Azərbaycan Milli Kitabxanasının bu sahə üzrə beynəlxalq qurumlar arasında öz fəallığı ilə seçildiyini qeyd edən nazir burada ən müasir standartların tətbiq olunduğunu bildirib. Müasir dövrdə kitabxananın internet vasitəsilə oxucu auditoriyasının genişləndiyini deyən natiq ötən il ilk dəfə Azərbaycanda milli internet kitabxana şəbəkəsinin yaradıldığını diqqətə çatdırıb.
“ADA” Universitetinin tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin hər bir ideyanın mərkəzində kitabxananın durduğunu, kitabxanasız inkişafın mümkünsüzlüyünü qeyd edib, bu gün müvafiq sahənin yeni formatda xidmət göstərməsinin əhəmiyyətindən söhbət açıb.
Çıxışlarda beynəlxalq elmi konfransın sessiyalarında müzakirə ediləcək mövzuların bu istiqamətdə inkişafa və əməkdaşlığa öz töhfəsini verəcəyinə inam ifadə olunub.
Sonra konfrans işini sessiyalarla davam etdirib.
Beş sessiyadan ibarət konfrans müasir kitabxanalarda informasiya xidməti, kitabxanalarda tədris və tədqiqat işlərinin düzgün istiqamətləndirilməsi, rəqəmsal elmlər, kitabxanaların rəqəmsallaşdırılması və digər mövzuları əhatə edir.
Konfransın birinci günündə “Müasir kitabxanalarda informasiya xidmətləri”, “Kitabxanalarda tədris və tədqiqat qlobal elmi-tədqiqat cəmiyyətinin bir hissəsi kimi”, “Onlayn informasiyaya ümumçıxış” mövzuları üzrə sessiyalarında çıxışlar dinlənilib və müzakirələr aparılıb.
Beynəlxalq konfransda Böyük Britaniyanın Aberisvits Universitetinin kitabxana xidmətinin rəhbəri Culiya Hart, Qazaxıstanın Nazarbayev adına Universiteti kitabxanasının meneceri Cim Agee, Tbilisi Dövlət Universitetinin rektoru İrakli Qaribaşvili və Azərbaycanın ali məktəblərinin və digər kitabxanaların nümayəndələri iştirak edirlər.
Aprelin 2-də konfrans işini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

