Azadlıq yolunda canlarından keçən şəhidlərin xatirəsi əbədiyaşardır
18.01.2014 [08:53]
Yanvarın 17-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Əvvəlcə universitetin imtahan keçirilən 225 auditoriyasında tələbələrə 20 Yanvar haqqında məlumat verilib, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun iştirakı ilə 443 və 900 nömrəli auditoriyalarda faciə qurbanlarının xatirəsi yad olunub, sonra isə təhsil müəssisəsinin həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilib.
Tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoyublar.
Mərasimdə çıxış edən akademik Abel Məhərrəmov keçmiş imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə qanlı qırğınlar törətdiyini, günahsız insanları qəddarcasına qətlə yetirdiyini diqqətə çatdırıb. Rektor həmin orduda erməni cəlladlarının da olduğunu xatırladıb.
Qara Yanvarın mahiyyətini, dəhşətlərini xatırladan akademik A.Məhərrəmov o müdhiş gecədə neçə-neçə qadının, uşağın, qocanın, gəncin qanının axıdıldığını, bu hadisənin insanlığa qarşı dəhşətli cinayət olduğunu vurğulayıb, faciənin heç zaman yaddan çıxmayacağını söyləyib.
Qeyd edilib ki, ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi qiymət verilib.
Ölkəmizin bu gün dinamik inkişaf etdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini qeyd edən rektor məkrli ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirib.
Professor İzzət Rüstəmov və digər çıxış edənlər də 20 Yanvar ilə bağlı fikirlərini diqqətə çatdırıb, müstəqillik, azadlıq yolunda canlarından keçən şəhidlərin xatirəsinin əbədiyaşar olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

