Avropalı deputatlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar
15.01.2014 [09:31]
Yanvarın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov ölkəmizdə səfərdə olan Norveç və İslandiya parlamentlərinin deputatları Karin Voldset və Ogmundur Yonasson, Finlandiyanın tanınmış ictimai-siyasi xadimi, Avropa Şurası Parlament Assambleyasının keçmiş deputatı Jaakko Laakso ilə görüşüb.
Komitədən AzərTAc-a bildiriblər ki, görüşdə Gəray Fərhadov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verib, bu məsələnin ölkəmiz üçün prioritet problem olduğunu qeyd edib. Vurğulanıb ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyon 200 min soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən sədr müavini Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.
Gəray Fərhadov bildirib ki, bu münaqişə təkcə Cənubi Qafqaz regionu deyil, bütün dünya üçün təhlükədir. Çünki hazırda Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir, müxtəlif ölkələrə istiqamətləndirilən terrorçu qruplar hazırlayır.
Nüfuzlu beynəlxalq təşkilatların bu münaqişə ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdıran Gəray Fərhadov vurğulayıb ki, günahsız insanların qurbana çevrilməsinə, əzab çəkməsinə səbəb olan bu problem işğalçı dövlətin tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hələ də həllini tapmayıb.
Sədr müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayıb, bu istiqamətdə görülmüş işlərdən danışıb. Bildirilib ki, dövlətimizin başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində indiyədək ölkəmizdə qaçqınlar və məcburi köçkünlər üçün Dövlət Neft Fondunun vəsaiti hesabına 82 müasir qəsəbə salınıb. Bu qəsəbələrdə 180 min qaçqın və məcburi köçkün yerləşdirilib.
Gəray Fərhadov qeyd edib ki, Azərbaycan Hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırlayıb. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunublar.
Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verən qonaqlar bildiriblər ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcəklər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduqlarını deyən avropalı qonaqlar qeyd ediblər ki, Azərbaycanda əhalinin hər on nəfərindən biri qaçqın və məcburi köçkündür. Bu münaqişə bütün region üçün ciddi problemlər yaradır.
Sonda avropalı qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilib.
Qonaqlar yanvarın 15-də Ağdam rayonuna səfər edəcək, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

