Akimbek Tekeşov: Azərbaycan hökuməti tarixi abidələrin qorunmasına böyük diqqət yetirir
18.12.2013 [09:12]
“Bu, mənim müstəqil Azərbaycana ilk səfərimdir. Ona görə müstəqil Azərbaycana deyirəm ki, 1974-1976-cı illərdə Sovet İttifaqının tərkibində olan respublikanızın Şəmkir, Gəncə bölgələrində hərbi xidmətdə olmuşam. Hələ o vaxtdan xalqınızın qonaqpərvərliyi, istiqanlılığı məndə unudulmaz təəssürat yaradıb”.
Bu sözləri türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyi tədbirlərində iştirak etmək üçün Bakıya gəlmiş Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov AzərTAc-a müsahibəsində deyib.
Qonaq bildirib ki, Azərbaycan və Qırğızıstan arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət və turizm sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Hələ 2003-cü ildə tərəflər arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edib. 2008-ci ildə Bişkekdə dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş musiqi festivalı keçirilib. Keçən il dövlətlərimiz arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ölkələrimiz arasında müvafiq əlaqələrin genişlənməsinə çox kömək edir.
Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan qırğızıstanlı qonaq Bakıda qədim mədəniyyət abidələrinin bərpası və qorunması sahəsində aparılan uğurlu işləri də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

