Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin müəllifidir
13.12.2013 [09:17]
Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Bu mənada Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Dekabrın 12-də Ümummilli liderimiz Heydər Əliyevin əbədiyyətə qovuşmasının 10 ili tamam oldu. Ötən 10 il ərzində Ulu öndər cismən aramızda olmasa da, Onun nurlu ideyaları daim yaşayır, xalqımız bu ideyalardan həmişə bəhrələnir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur və ölkəmiz məhz Onun müəyyənləşdirdiyi siyasət əsasında inkişaf edir.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin də müəllifidir. Məhz bu siyasət nəticəsində gənclərimiz cəmiyyətimizdə özünəməxsus yüksək yer tuturlar. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə gəncliyin inkişafı üçün daha geniş imkanlar açıb. Təbii ki, bu gün gənclərimiz onlar üçün bu imkanları yaradan, dövlət gənclər siyasətinin müəllifi Ulu öndər Heydər Əliyevi böyük ehtiramla anırlar.
Məsələn, qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ofisinin koordinatoru Rahu Qurbanova bildirib ki, Ulu öndərimiz dövlətçiliyimizin xilaskarıdır: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən müdrik rəhbərimiz dünya azərbaycanlılarının əbədi yaddaşına bütün zamanların ən böyük azərbaycanlısı kimi həkk olunub. Müasir Azərbaycan dövlətini qurmaq missiyasına Ulu öndər Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı”.
R.Qurbanova qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. “Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Ümummilli liderimiz nitqlərinin birində bu barədə demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”, - deyə R.Qurbanova vurğulayıb.
“Deyirlər Tanrı insanı yaradan gündən bəşər tarixi yaranmışdır. Bəşərin tarixi cəmiyyətin tarixi deməkdir. Cəmiyyətin tarixi ona görə yaranıb ki, insanlar yaşadığı günlərdən dönüb arxaya baxsınlar, keçib gəldiyi zamanın tarixindən ibrət alaraq öz gələcək yolunu, fəaliyyət istiqamətini müəyyənləşdirsinlər. Bunun üçün insanlar tarixdə tarixin səhifələrini öz şanlı və əbədiyaşar əməlləri ilə bəzəyən şəxsiyyətlərin tarixi rolunu bilməlidirlər. Hansı ki, belə şəxsiyyətlər bəşər tarixində tək-tək olmuşdur. Bu şəxsiyyətlərdən biri də Ümummilli liderimiz Heydər Əliyevdir”. Bu fikirləri isə YAP GB-nin layihələr üzrə koordinatoru Leyla Kərimova deyib.
L.Kərimova bildirib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı tarixi açıb vərəqləyəndə, şəxsiyyəti haqqında düşünəndə ilk təsəvvürdə canlanan Onun milli vətəndaş, siyası dövlət rəhbəri kimi bənzərsiz simasıdır. Onun fikrincə, bu sima dahi bir rəhbərin öz xalqına, millətinə, cəmiyyətimizin hər bir üzvünə təmənnasız xidmət etmək, öz xoşbəxtliyini xalqın xoşbəxtliyində görmək istəyində parlayır: “Heydər Əliyevin yaratdığı yeni tarix səhifəsində insan amili- azərbaycanlı anlayışı iri hərflərlə yazılır və gur səslə vurğulanır. Xalqın milli müstəqillik ideologiyası, istiqlal düşüncə tərzi məhz tariximizin bu səhifəsində formalaşıb möhkəmlənib. Ümummilli liderin mənəvi dəyərlər dəryası o qədər zəngin və rəngarəngdir ki, onu bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Ona bəlkə də cildlərlə kitablar həsr etmək azlıq edər. Biz əgər bu dəyərlər dəryasının bir damlasından bəhrələnə biliriksə, bu bizim üçün böyük bir məktəbdir. Bu gün bir gənc olaraq Ulu öndərimizin əsasını qoyduğu YAP-nın üzvü olduğum üçün qürur hissi keçirirəm. Mənim üçün Ulu öndər bir gəncin qəlbində yaşayan əbədi Liderdir”.
YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov isə, Ulu öndər Heydər Əliyevin onun yaddaşının ən işıqlı xatirəsi olduğunu deyib: “Ulu öndər haqqında danışmaq ciddi məsuliyyətdir və təbii ki, mən Onun böyüklüyünü özümün anladığım qədər söyləyə bilərəm. Belə bir fikir var: “İdeyalar bütün dünyada toplardan da bərk guruldayır, fikirlər ordulardan da qüdrətlidir, prinsiplər süvari qoşunlardan daha çox qələbə çalır”. Bu fikri bütünlüklə Ulu öndərimizə aid etmək olar. Heydər Əliyev uzaqgörən ideyaları, real fikirləri, prinsipial qərarları ilə qüdrətli ordudan da güclü idi. O, ağlı, biliyi və təcrübəsi ilə hər şeyə qalib gəlib. Heydər Əliyev qürur hissi ilə deyərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir”.
YAP Səbail rayon təşkilatının üzvü Vüsalə Hüseynova isə bildirib ki, müasir tariximizə qızıl hərflərlə yazılan Heydər Əliyev dünyanın nadir tarixi şəxsiyyətlərindəndir: “Ulu öndər Heydər Əliyev bütün cəhətlərə görə hər zaman zirvədə dayanacaq bir şəxsiyyətdir. Onun zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək. Ulu öndər Heydər Əliyev hələ sağlığında ikən öz adını dünyanın sayılıb-seçilən görkəmli dövlət xadimlərinin, tarixi simalarının siyahısına yazıb və bununla da hər birimizə başucalıq gətirib”.
Bakı Biznes Universitetinin tələbəsi Həsən Hüseynzadə “Ulu öndər Heydər Əliyev mənim üçün dünyanın nadir, seçilən siyasət adamı idi”, - deyib. Onun sözlərinə görə, Heydər Əliyev dünya siyasətinə təsir etmək gücündə olan lider idi: “Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərdə kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Ulu öndər Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, ümumilikdə dünya miqyasında böyük nüfuz sahibi idi”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38

