Bakıda BƏƏ-nin birləşməsinin 42-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edilib
04.12.2013 [08:37]
Dekabrın 2-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi ölkənin dövlət quruculuğunun 42-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib. Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Daha sonra çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğafli bildirib ki, 2 dekabr Birləşmiş Ərəb Əmirliklərinin tarixində xüsusi bir gündür. Onun sözlərinə görə, 42 il əvvəl bu tarixdə yeddi əmirliklərin hakimləri bir araya gələrək, insanların rifahını və əmin-amanlığını təmin edən böyük bir ittifaq yaradıblar.
Diplomat qeyd edib ki, bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri “EXPO-2020” sərgisinə ev sahiblik etməyə hüquq qazanıb və buna görə ölkəsi beynəlxalq ictimaiyyətə öz təşəkkürünü bildirib: “Dubayın məşhur və qədim şəhərlərlə güclü və ədalətli mübarizədən sonra 2020-ci ildə keçiriləcək “EXPO” sərgisinə ev sahibi seçilməsi bizim sevincimizi daha da artırdı. Bu seçimə görə beynəlxalq ictimaiyyətə öz təşəkkürümüzü bildiririk. Böyük bir inamla deyə bilərik ki, Dubay bu sərgini çox yüksək bir səviyyədə təşkil edəcək”.
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrindən danışan diplomat deyib ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmətə, səmimi qardaşlığa, bunları daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır. Son illərdə iqtisadi əməkdaşlığımızın daha da gücləndiyini vurğulayan səfir əmin olduğunu bildirib ki, BƏƏ-Azərbaycan əlaqələrinin inkişafı bundan sonra da davam edəcək.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri xalqına təbriklərini, sülh və əmin-amanlıq arzularını çatdırıb. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan nazir ölkələrimizin mövqelərinin beynəlxalq məsələlərdə də üst-üstə düşdüyünü diqqətə çatdırıb. Ş.Mustafayev əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayıb. Nazir 2006-cı ildə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyini söyləyib. İki ölkə arasında möhkəm müqavilə-hüquq bazasının yaradıldığını qeyd edən nazir 20-dən çox sənədin imzalandığını bildirib.
Nazir diqqətə çatdırıb ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri hökumətlərarası komissiyanın fəaliyyəti, hər iki ölkənin iş adamları arasında işgüzar münasibətlərin stimullaşdırılması, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

