Xəbər Agentliklərinin IV Dünya Konqresi öz işini yekunlaşdırıb
22.11.2013 [09:27]
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Xəbər Agentliklərinin IV Dünya Konqresi noyabrın 20-də rəsmi hissəsini yekunlaşdırıb.
Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Dünya Konqresinin sonuncu iclasında ərəbdilli televiziyalarda işləyən xəbər redaktorlarının informasiya agentlikləri barədə fikirləri dinlənilib, xəbər agentliklərinin qəzetlərin gələcək ehtiyaclarını ödəmək imkanları haqqında fikir mübadiləsi aparılıb.
FANA-nın baş katibi doktor Fərid Əyyarın moderatorluğu ilə keçirilən sonuncu panelin üçüncü sessiyasında Səudiyyə Televiziya Yayımı Şirkətinin (SBC) prezidenti Əbdurrəhman bin Əbdüləziz əl-Hazzaa, “BBC World Service”in Yaxın Şərq və Qərbi Asiya ölkələri üzrə departamentinin başçısı Bəhruz Afaq, “Sky News Arabia” kanalının rəhbəri Nart Buran çıxış edərək informasiya agentliklərinin televiziyalar üçün əsas xəbər mənbəyi olaraq qaldığını bildirib, xəbərlərin hazırlanmasında obyektivlik, şəffaflıq və konkretlik meyarlarının əsas götürülməsinin vacibliyini vurğulayıblar.
Panel çərçivəsində Böyük Britaniyanın Press Assosieyşn agentliyinin baş icraçı direktoru Klayv Marşalın moderatorluğu ilə keçirilmiş dördüncü sessiya “Yeni fürsətlərdən necə yararlanmalı” mövzusuna həsr edilib. Bu sessiyada çıxış edən natiqlər yeni texnologiyalardan yararlanmaqla xəbər hazırlanması və yayım işinin təkmilləşdirilməsinin, media ilə bağlı yeni kompyuter proqramlarının tətbiqini sürətləndirməyin vacibliyini diqqətə çatdırıblar.
Sonuncu sessiyaya EANA-nın prezidenti Piter Kropş moderatorluq edib. Bu sessiyada informasiya agentlikləri ilə mətbuat arasında əlaqələrə nəzər salınıb, qəzetlərin dövrün çağırışlarına cavab olaraq kağız nəşrlə yanaşı, internet vasitəsilə elektron yayıma keçməsinin vacibliyi qeyd edilib.
Sonra çıxış edən Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoru Abdullah bin Fəhd əl-Hüseyn Konqresin “Ər-Riyad Bəyannamə”sini təqdim edib və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçiriləcəyini elan edib. Bildirilib ki, Bakı Konqresində 2016-2019-cu illər üzrə sədrlik AzərTAc-a keçəcək.
Sessiyada çıxış edən AzərTAc-ın baş direktoru Aslan Aslanov Səudiyyə Ərəbistanı Krallığı Xəbər Agentliyinin baş direktoruna tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib, növbəti konqresin Bakıda keçirilməsi barədə qərarı, Azərbaycanın artan nüfuzuna olan ehtiramın və AzərTAc-ın bu nüfuzlu beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə inamın göstəricisi kimi dəyərləndirib. Əmin edib ki, beynəlxalq səviyyəli müxtəlif tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan, Xəbər Agentliklərinin V Dünya Konqresini də yüksək səviyyədə keçirəcək. Baş direktor belə mötəbər tədbirlərin medianın qarşılaşdığı problemləri müzakirə edib həll yollarını tapmaqda mühüm rol oynadığını xüsusi vurğulayıb.
Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres şəhərlərində keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22

