“Beşikdən əbədiyyətə qədər” filminin ÜNS Yaradıcılıq Səhnəsində premyerası olub
13.11.2013 [09:24]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə baxıb
Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva filmə baxıblar.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskayanı və Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb.
Professor Nərgiz Paşayeva deyib ki, Müslüm Maqomayevin adı təkcə Azərbaycanın deyil, Rusiyanın, ümumiyyətlə, bəşəriyyətin tarixinə əbədi daxil olub. O, əsl ulduzlar kimi uzun ömür yaşamayıb, bir dəfə səmadan bizim üçün yerə enib və sonra yenidən ora dönüb. Biz həmişə onu böyük insan, sədaqətli dost, əsl ustad, vətənpərvər, daxilən və zahirən gözəl şəxsiyyət kimi xatırlayacağıq. İnsanları bir-birindən ayıran zaman və məkan Müslüm Maqomayevin xatirəsi qarşısında gücsüzdür.
Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmi yüksək qiymətləndirən professor Nərgiz Paşayeva qeyd edib ki, biz Müslüm Maqomayevin səsini və ifasını eşitməyə adət etmişik. Bu filmdə isə həm də onun qəlbinin səsini eşidəcəyik. Filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.
Rektor Nərgiz Paşayeva diqqətə çatdırıb ki, M.Maqomayevin “Mavi əbədiyyət” mahnısını təkcə dəniz haqqında nəğmə adlandırmaq sadəlövhlük olardı. Mənə elə gəlir ki, bu mahnı həyatın özüdür, Müslüm Maqomayevin dərk edilməsidir. Biz böyük ustadın, təmiz qəlbli və vicdanlı insanın xatirəsi qarşısında baş əyirik.
Sonra “Beşikdən əbədiyyətə qədər” filmi nümayiş etdirilib.
SSRİ Xalq artisti Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində bütün əməyi olanlara dərin təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, Müslüm Maqomayevi yaxından görməmiş filmin rejissoru onun ərsəyə gəlməsində böyük zəhmət çəkmiş və nəticədə uğurlu bir əsər yaradıb. Sənətkarın xanımı onu da qeyd edib ki, filmdə onların gənclik dövrünü əks etdirən kadrlar mənə xoş təsir bağışlayıb. T.Sinyavskaya deyib ki, Azərbaycan mənim üçün doğma və əziz ölkədir.
Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.
Xəbər lenti
Hamısına baxDünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01

