/ / Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilib
Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilib
01.11.2013 [15:34]
Oktyabrın 31-də Azərbaycan Mətbuat Şurasında (MŞ) “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, tədbir MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə reallaşan “Azərbaycanın beynəlxalq əlaqələri ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunub.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək layihə çərçivəsində nəzərdə tutulan işlər barədə məlumat verib. Bildirilib ki, layihənin rəhbəri, Milli Məclisin deputatı, MŞ-nin beynəlxalq münasibətlər komissiyasının rəhbəri Cavanşir Feyziyevdir.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində Mətbuat Şurası tərəfindən mövzuya uyğun olaraq 20 aparıcı qəzet və 10 informasiya agentliyi və xəbər portalında son bir ayda işıq üzü görən yazıların monitorinqi aparılıb. Monitorinq nəticəsində 3200-dən çox yazının çap olunduğu aşkarlanıb. Araşdırmalar göstərib ki, qəzetlərə nisbətən, informasiya agentliyi və xəbər portallarında Azərbaycanın beynəlxalq münasibətlərinə daha çox yer ayılıb. Bu yazıların tam əksəriyyəti xəbərdir, çox az yazılar təhlil xarakterlidir. Analitik yazılara isə daha çox qəzetlərdə üstünlük verilib.
MŞ-nin sədri deyib ki, məqsədimiz bir il ərzində davam edəcək monitorinqlər nəticəsində Azərbaycanın beynəlxalq münasibətlərinə üstünlük verən yazı müəlliflərini aşkarlamaq və onların hansı dilləri bildiyini müəyyənləşdirməkdir. Bundan sonra bu jurnalistlərin peşəkarlığını artırmaq üçün xaricdən mütəxəssislər dəvət edərək onlara ustad dərslərinin keçirilməsini təşkil etmək niyyətindəyik. Eyni zamanda, daha layiqlilərini seçərək təcrübə mübadiləsi keçmək üçün Rusiya, Avropa, ABŞ və digər nüfuzlu ölkələrin tanınmış media orqanlarına göndərəcəyik. Hər il beş jurnalistin bu fürsətdən yararlanmasına çalışacağıq.
Tədbirdə çıxış edən Cavanşir Feyziyev deyib ki, monitorinqlər son 20 ildə Azərbaycan mətbuatının beynəlxalq arenaya çıxışının heç də yüksək səviyyədə təşkil edilmədiyini deməyə əsas verir. Bu layihə ölkəmizdə beynəlxalq jurnalistikanın inkişafına, genişlənməsinə təkan verəcək. Azərbaycanda beynəlxalq mövzuda yazan jurnalistlərin analitik yazıları çox azdır. Bu yazıların da çoxu xarici mediaya istinad əsasında hazırlanır. Biz istəyirik ki, jurnalistlərimiz özləri bu informasiyaların yayımçısına çevrilsinlər. Azərbaycan jurnalisti beynəlxalq arenaya çıxmalıdır. Biz belə media mənsublarının inkişafı istiqamətində mühüm addımlar atmalıyıq.
C.Feyziyev deyib ki, bir il davam edəcək bu layihə çərçivəsində müxtəlif görüşlər, konfranslar, müsabiqələr təşkil ediləcək və bu tədbirlər, ümumilikdə, bacarıqlı, xarici dilləri bilən jurnalistlərin üzə çıxmasına yardımçı olacaq.
Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Rasim Musabəyov, Bəxtiyar Sadıqov və başqaları çıxış edərək layihəni yüksək qiymətləndirib, öz təklif və tövsiyələrini veriblər.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

