Nobel mükafatı laureatları Bakının gözəlliyinə heyran olduqlarını bildiriblər
31.10.2013 [09:44]
Oktyabrın 30-da Bakı Dövlət Universitetində (BDU) Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Nobel mükafatı laureatlarını yenidən universitetdə görməkdən məmnunluğunu bildirib, bu ali təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən, əməkdaşlıq etdiyi elm ocaqları və müxtəlif qurumlarla əlaqələrindən söhbət açıb.
Azərbaycanda elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə aparılan islahatlardan danışan rektor, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusilə vurğulayıb, azərbaycanlı alimlərin nanotexnologiyalar sahəsində xarici həmkarları ilə birgə əməkdaşlıqlarını da diqqətə çatdırıb.
Görüşdə Nobel mükafatı laureatları - Robert Betts və Markus Rudolf Artur ikinci dəfə BDU-da olmaqlarından məmnunluqlarını ifadə edib və III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəldiklərinə görə şad olduqlarını bildiriblər. Ötən bir il ərzində Azərbaycanın xeyli inkişaf etdiyini diqqətə çatdıran qonaqlar Bakının gözəlliyinə heyran olduqlarını xüsusilə vurğulayıb, ölkəmizdə keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışıblar.
Sonda qonaqlara hədiyyələr təqdim olunub.
Görüş çərçivəsində Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Artur universitetin tələbə-müəllim heyətinə mühazirələr oxuyub, sualları cavablandırıblar.
BDU-nun nanoaraşdırmalar laboratoriyasına baş çəkən məşhur alimlər orada aparılan elmi tədqiqat işləri ilə də yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30

