Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gələn il Azərbaycanda Estoniyanın səfirliyi açılacaq

Gələn il Azərbaycanda Estoniyanın səfirliyi açılacaq

02.12.2025 [18:12]

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Estoniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal məsələlər müzakirə edilib.

Ölkələrimiz arasında intensivləşən siyasi dialoqun və qarşılıqlı səfərlərin məmnunluq doğurduğu bildirilib. Beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Telefon danışığı zamanı nazir Marqus Tsahkna Estoniyanın ölkəmizdəki səfirliyinin 2026-cı ildə açılması barədə rəsmi qərarın qəbul edildiyi barədə məlumat verib.

Ceyhun Bayramov öz növbəsində bu addımın təqdirəlayiq olduğunu bildirib. Bu addımın iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb. Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 959 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30