Dövlət rəsmiləri “fake” məlumatların hədəfində...
06.08.2025 [11:33]
Hansı addımlar atılmalıdır?
Süni intellekt texnologiyaları həyatımızın demək olar ki, hər sahəsinə daxil olub. Əvvəllər yalnız elmi-fantastik filmlərdə gördüyümüz bu texnologiyalar artıq təhsil, səhiyyə, nəqliyyat, hətta ev işlərində geniş istifadə olunur. Gündəlik həyatımızda süni intellektin müxtəlif nümunələrindən istifadə olunur. Təbii ki, İKT-nin müsbət tərəflərlə yanaşı, gətirdiyi etik və təhlükəsizlik riskləri də müzakirə mövzusuna çevrilib. Məlumatların gizliliyi, iş yerlərinin avtomatlaşdırılması və süni intellektin nəzarətdən çıxma ehtimalı bu texnologiyanın məsuliyyətli istifadəsini gündəmə gətirir.
Məsələn, son zamanlar bir çox dövlət rəsmilərinin adından saxta məlumatların, şərhlərin yayılmasına şahid olduq. Sosial şəbəkə hesablarında daxili işlər naziri, xarici işlər naziri və digər rəsmilərin həqiqətə uyğun olmayan saxta şərhləri yayılmışdı. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) də müvafiq açıqlamaları oldu. Təbii ki, kampaniya xarakteri alan bu uydurma iddialar ictimai rəyi çaşdırmağa yönələn kobud informasiya manipulyasiyası nümunəsidir. Ona görə də cəmiyyətin yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanması vacibdir.
Dezinformasiyaları kimlər təşkil edir?
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən İKT üzrə mütəxəssis Fərid Pərdəşünas bildirib ki, dünyanın bir çox ölkələrində bu kimi metodlardan istifadə olunur: “Əvvəllər belə metodlardan daha az istifadə edilirdi. Amma hazırda sosial şəbəkələrin vüsət alması, hər bir şəxsin gizliliyini saxlamaqla sosial şəbəkələrə giriş imkanlarının olması insanları və təbii ki, bu işdə marağı olan bəzi qüvvələri belə manipulyasiyalar etməyə sövq edir. Nəticədə onlar öz məqsədlərini bir çox hallarda həyata keçirə bilirlər. Bu dezinformasiyaları adətən kimlər təşkil edirlər? Bir zamanlar bunu xüsusi xidmət orqanlarının metodu kimi görmüşdük. Kimisə gözdən salmaq, ləkələmək, şərləmək, yaxud süni şəkildə yalançı ictimai rəy formalaşdırmaq və bunun əsasında öz maraqlarını təmin etmək variantları var idi. Amma hazırda sosial şəbəkələrin bu qədər yayılması, dünyanın hər nöqtəsindən bura çıxış imkanlarının olması həm daxildəki, həm də xaricdəki bəzi qüvvələrə belə metodlardan istifadə üçün imkanlar yaradır. Ümumən götürdükdə Azərbaycanı istəməyən qüvvələr bir çox hallarda azərbaycanlı ad-soyadından istifadə edirlər, özlərini azərbaycanlı kimi göstərirlər və belə məlumatların yayılmasında iştirak edirlər. Amma yekunda üçüncü tərəflərin, yəni dövlətlərin maraqlarını təmin edirlər”.
Xüsusi xidmət orqanları ayıq-sayıq olmalıdır
Mütəxəssisin sözlərinə görə, mümkündür ki, bu, xarici qüvvələrin, xüsusi xidmət orqanlarının əməlləri olsun: “Azərbaycan ictimaiyyətini çaşdırmaq, ictimai rəyi aldatmaq, cəmiyyətdəki sabitliyi aradan qaldırmaq üçün bu yollara əl ata bilərlər. Hesab edirəm ki, dövlət bu məsələdə ayıq-sayıq olmalıdır. Tez bir zamanda reaksiya verilməli, etibarlı mənbələrdən təkzib olunmalıdır. Nəzərə alsaq ki, süni intellekt dediyimiz müasir texnologiya çox əlçatandır, belə bir zamanda bu cür dezinformasiyaların yayılması çox sadədir. Fərqi yoxdur, bunu daxildən və ya xaricdən edirlər, bilərəkdən və ya bilməyərəkdən, problemin qarşısı mütləq alınmalıdır ki, ictimai fikir aldanılmasın, yanlış istiqamətlərə yönəldilməsin. Ona görə də 21-ci əsrdə informasiya təhlükəsizliyi bir çox dövlətlərin təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir”.
Necə mübarizə aparaq?
Ekspert qeyd edib ki, saxta məlumatlardan qorunmağın yolu sadəcə, daha diqqətli olmaqdır: “Yayılan videoları, səsləri diqqətlə analiz etmək lazımdır. Hər nə qədər inandırıcı görünsə də, diqqətlə fikir verəndə görüntülərin saxta olduğu aydın olur. Belə videoalar “Deep fake” tərkibli olduğu üçün qarşıya çıxdıqca yayımlandığı platformalara şikayət bildirmək lazımdır. Onda həmin platformalar saxta videoları bloklayır. Bundan başqa, saxta məlumatların yer aldığı bu cür videolara keçid edən zaman linklər vasitəsilə insanların yönləndirildiyi saytlara da mütləq diqqət etmək lazımdır. Çünki belə saxta məlumatların yayılmasında digər məqsəd insanları hansısa saytlara yönəldib onların şəxsi məlumatlarını mənimsəməkdir. Əsas mübarizələrdən biri media vasitəsilə insanları maarifləndirməkdir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
24 May 08:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51

