Əsassız iddialara XİN-dən cavab...
06.08.2025 [11:28]
Ölkəmizdə penitensiar xidmət beynəlxalq standartlara uyğundur
Bugünlərdə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai guya, Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar olunduğunu iddia edib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə İsmayıl Bəqainin iddialarının heç bir əsasının olmadığını bildirib.
Qanunvericiliyin tələblərinə uyğun olaraq...
A.Hacızadə bildirib ki, “Konsulluq əlaqələri haqqında” 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, ölkəmizdə saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib. Onun sözlərinə görə, Azərbaycanın Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar: “Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq və ailə üzvləri ilə görüşmək hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb”.
Məlumdur ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı çərçivəsində penitensiar sistemin fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsində, məhkumların qanuni mənafelərinin təmin olunmasında nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm diqqət yetirilir. Bu istiqamətdə beynəlxalq təcrübədən səmərəli istifadə olunur. Ötən dövrdə ölkəmizdə penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilib, onların saxlanma şəraiti, ərzaq və tibb təminatı köklü şəkildə yaxşılaşdırılıb, bu sahədə ictimai nəzarət gücləndirilib, eləcə də müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görülüb. Xüsusilə, müasir beynəlxalq standartlara cavab verən cəzaçəkmə müəssisələrinin, yeni penitensiar müəssisələrin yaradılması da qeyd olunanları təsdiqləyir.
Həbsdə olan əcnəbilər mütəmadi tibbi müayinələrdən keçirlər
A.Hacızadənin vurğuladığı kimi, həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb. Yalnız 2025-ci ildə İran İslam Respublikasının səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər İran vətəndaşı arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə iyulun 31-də baş tutub.
A.Hacızadənin fikrincə, Azərbaycan tərəfinin, həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 may tarixli Sərəncamı ilə 5 nəfər İran vətəndaşı əfv edilib.
Bu məsələ siyasiləşdirilməməlidir
Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib ki, bu tədbirlərə baxmayaraq, İranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın bu ölkədəki diplomatik missiyalarına təqdim olunmur, vətəndaşlarımıza əksər hallarda İrandakı diplomatik missiyalarımızla və ailə üzvləri ilə görüşməyə, telefon əlaqəsi qurmağa, 1998-ci il fevralın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycanda çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir. Eyni zamanda, sorğu olunmasına baxmayaraq Azərbaycan vətəndaşlarının işləri ilə bağlı İranda keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir.
“Ölkəmiz hər zaman bu kimi məsələlərin siyasiləşdirilmədən, ikitərəfli müstəvidə, diplomatik kanallarla müzakirəsinin tərəfdarı olub. Digər məsələlərlə yanaşı, bu istiqamətdə danışıqlar 2025-ci il aprelin 15-də Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri zamanı aparılıb”, - deyə Ayxan Hacızadə vurğulayıb. Göründüyü kimi, sadalanan faktlar və reallıqlar İran XİN-in nümayəndəsinin iddialarının əsassız olduğunu bir daha təsdiqləyir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

