Ata vəsiyyəti, oğul qeyrəti...
24.07.2025 [11:19]
Azərbaycan xalqının özünəməxsus zəngin milli - mənəvi dəyərlər sistemi var. Bizim bir növ əxlaq-davranış kodeksimizi təşkil edən, həyata baxışımızın çərçivələrini müəyyənləşdirən, bizə əyri və doğru yolu göstərən bu dəyərlər əsrlərin sınağından çıxaraq cilalana-cilalana bu günümüzə gəlib çatmışdır. Azərbaycan xalqının hər yeni nəsli kimi indiki gənclərimiz də məhz bu dəyərlərdən bəhrələnməklə ən müxtəlif sahələrdə Vətənə, xalqa bağlılıqlarını yüksək səviyyədə nümayiş etdirirlər.
Oğul üçün böyük şərəf
Ata vəsiyyəti, oğul qeyrəti də Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Atanın arzularını yerinə yetirmək, yarımçıq qalan işlərini davam etdirmək oğul üçün ən böyük şərəf sayılır. Oğul ləyaqətli və qeyrətlidirsə, bunu mütləq edir, nə qədər ki, bunu bacarmayıb, özünə rahatlıq tapa bilmir...
“Atamın mənə nə deyə biləcəyinə gəldikdə, əlbəttə, bunu bilə bilmərəm. Amma təxmin edə bilərəm. Məncə, siz də təxmin edirsiniz. Bu, yəqin ki, daha çox ritorik sualdır. Mənim üçün isə atamın vəsiyyətini yerinə yetirmək, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətlərini yerinə yetirmək böyük şərəf və qürur mənbəyi idi. Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 19-da azad Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunda sualları cavablandırarkən deyib.
Auditoriya kifayət qədər böyük idi. Xankəndinin ev sahibliyi etdiyi forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri bir araya gəlmişdilər. Mötəbər auditoriya qarşısında dövlət başçısının ata vəsiyyətinə belə ciddi önəm verməsi və bu vəsiyyəti yerinə yetirdiyinə görə özünü xoşbəxt sanmasını qürur hissi ilə ifadə etməsi sıradan bir göstərici deyil. Bu, bir tərəfdən İlham Əliyevin xalqına, milli-mənəvi dəyərlərinmizə bağlılığının təsdiqidir. O, siyasət, diplomatiya nəhəngi olsa da, Azərbaycan xalqının mənəvi kodeksinə sıx bağlıdır, verdiyi vədləri yerinə yetirməyi özünə borc sanır və mütləq qaydada yerinə yetirir.
Müdrik siyasətçi Heydər Əliyev Özündən sonra böyük miras qoyub. Bütövlükdə, müstəqil Azərbaycan Onun şah əsəridir. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə gələn Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirdi, müstəqilliyimizin itirilməsinin qarşısını aldı və bütün sahələrdə yeni inkişaf istiqamətləri müəyyənləşdirdi. Onun böyük istəkləri, arzuları, planları var idi. Ancaq ömür vəfa etmədi başladığı işlərin hamısını sona çatdırmağa.
Heydər Əliyev hələ sağlığında ikən əminliklə bildirmişdi ki, Onun sona çatdıra bilmədiyi işləri özü qədər inandığı və ümid bəslədiyi İlham Əliyev həyata keçirəcək. Böyük həyat təcrübəsinə malik olan Heydər Əliyev inamında yanılmamışdı. İlham Əliyev 2003-cü ildə ilk dəfə xalqın etimadını qazanaraq Prezident seçildikdə andiçmə mərasimində əsas vəzifəsinin Ulu Öndərimizin siyasi kursunu davam etdirmək olacağına vəd verdi. O, iyirmi ildən artıqdır ki, bu vədə sadiq qalır və Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldir.
Ulu Öndərin ən ümdə arzusu
Ulu Öndərin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün təmin olunması idi. Xüsusilə də O, zamanında xəyanət nəticəsində düşmən əlinə keçən Şuşanı Azərbaycanın rəmzi kimi səciyyələndirərək əminliklə bildirirdi ki, biz Şuşaya mütləq gedəcəyik.
Heydər Əliyev işğala məruz qalan ərazilərimizin geri qaytarılması istiqamətində müdrik və ardıcıl siyasət aparırdı. Uzaqgörən siyasətçi olan Heydər Əliyev yaxşı başa düşürdü ki, Azərbaycanın güclənməsi üçün vaxt qazanmaq lazımdır. Məhz Onun böyük səyləri sayəsində 1994-cü ildə atəşkəsə nail olundu. Bundan sonra Azərbaycanın quruculuq dövrü başladı. Ulu Öndərin işləyib hazırladığı yeni neft strategiyasının uğurla reallaşdırılması, transmilli şirkətlərlə imzalanan neft müqavilələrinin sabitlik şəraitində icrası ölkəmizin iqtisadi inkişafına zəmin yaratdı. Sonrakı mərhələdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın iqtisadi potensialına əsaslanmaqla ölkənin ərazi bütövlüyünü təmin etməyə qadir olan güclü Ordu yaratmağa nail oldu. Ulu Öndərin böyük arzularını, vəsiyyətlərini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yerinə yetirdi. 44 günlük Vətən müharibəsində Ordumuz misilsiz şücaətlər göstərərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə nail oldu. 2020-ci il noyabrın 8-də Şuşanın geri qaytarılması ilə Heydər Əliyevin “biz Şuşaya mütləq qayıdacağıq” arzusu çin oldu. Məhz Şuşadakı sarsıdıcı məğlubiyyətdən sonra düşmən məğlubiyyətini etiraf etmək və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, - deyə Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində vurğulayıb.
Bu gün Azərbaycan hər mənada Ulu Öndərin arzuladığı Azərbaycandır. Ulu Öndər güclü Azərbaycan görmək istəyirdi. Prezident İlham Əliyev bunu təmin edib. Ulu Öndər ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını arzulayırdı. Prezident İlham Əliyev aylı, ulduzlu üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xankəndidə, Xocalıda və Şuşada ucaldıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

