Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal erməninin cəzası daha da ağırlaşdırılıb
09.07.2025 [09:42]
Paris Apellyasiya Məhkəməsinin 8 iyul qərarı ilə radikal erməni millətçiləri tərəfindən Azərbaycanın Fransadakı səfirliyinin binasına edilmiş hücum ilə bağlı birinci məhkəmə instansiyasının müəyyən etdiyi cəza daha da ağırlaşdırılıb.
AZƏRTAC Azərbaycanın Fransadakı səfirliyinin məlumatına istinadla xəbər verir ki, 2022-ci il sentyabrın 18-də radikal erməni qrupları Parisdə Azərbaycan səfirliyinə hücum etmiş və nəticədə diplomatik nümayəndəliyin binasına zərər yetirmişdilər. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb olunmuşdur.
Paris Məhkəməsinin 2023-cü ilin iyunun 23-də keçirilmiş iclasının qərarı ilə hücumun əsas təşkilatçısı “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza və cərimə müəyyən edilmişdir.
Qarşı tərəf birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq, Apellyasiya Məhkəməsinə müraciət edib. 2025-ci il iyunun 10-da Apellyasiya Məhkəməsinin iclası keçirilib.
Apellyasiya məhkəməsinin iyulun 8-də elan etdiyi qərarla birinci instansiya məhkəməsi tərəfindən qərara alınmış 6 aylıq şərti cəzanın müddəti 2 dəfə artırılaraq 12 ay müəyyən edilib. Həmçinin L.Tufanyana 5 il müddətinə silah saxlamaq və gəzdirmək qadağan edilib və cərimə məbləği artırılıb.
Paris Apellyasiya Məhkəməsinin bu qərarı gələcəkdə bu kimi halların qarşısının alınması baxımından mühüm addım kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxGündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25

