Antalya Diplomatiya Forumunda Qərbi Azərbaycan həqiqətləri barədə müzakirələr aparılıb
11.04.2025 [17:25]
Antalya Diplomatiya Forumu (ADF2025) çərçivəsində “Qlobal idarəetmədə parlament diplomatiyası” mövzusunda baş tutan dəyirmi masada Qərbi Azərbaycan həqiqətləri müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın moderatorluğu ilə keçirilən tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, icmanın sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən, Milli Məclisin Səhiyyə komitəsinin, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, eləcə də Latın Amerikası və Karib hövzəsi parlamentinin sədri Rolando Gonzalez Patricio çıxış ediblər.
Dünyada baş verən mövcud problemlərə diqqət çəkən Fuat Oktay bu məsələlərin getdikcə daha da dərinləşdiyini və artıq qlobal güclərin bunun qarşısında aciz qaldığını bildirib. Beynəlxalq məsələlərdə parlament diplomatiyasının əhəmiyyətini vurğulayan komitə sədri son günlər baş verənlərlə bağlı dünyanın həmfikir olmadığını, BMT başda olmaqla beynəlxalq qurumların hazırkı vəziyyətdə verilən təktərəfli qərarlar qarşısında aciz qaldığını deyib.
Dünyadakı miqrasiya probleminə diqqət çəkən Asəf Hacıyev hazırda yer kürəsində 110 milyon nəfərin, yəni, hər 70 insandan birinin qaçqın olduğunu bildirib.
1990-cı illərdə Ermənistanın Azərbaycan torpaqları ilə bağlı başlatdığı iddialar nəticəsində hər 10 azərbaycanlıdan birinin öz yurd-yuvasından didərgin salındığını xatırladan Asəf Hacıyev müharibənin bitməsinə baxmayaraq torpaqlarımızda törədilən dağıntılar səbəbindən bu insanların öz doğma el-obasına qayıda bilmədiyini, belə halların Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsində yaşandığını vurğulayıb. O, hazırda ölkəmiz tərəfindən Qarabağda apardığı bərpa-yenidənqurma işlərinə toxunaraq, Azərbaycan dövləti tərəfindən bu işlər üçün ildə 4-5 milyard manat vəsait ayrıldığını, bir ölkə üçün bu məbləğin yüksək olduğunu deyib.
Çıxışında parlament diplomatiyasına diqqət çəkən Ramil Həsən deyib: “Əgər biz postmünaqişə reallıqlarının formalaşmasında parlament diplomatiyasının potensialından tam istifadə etmək istəyiriksə, onda Azərbaycan-Ermənistan məsələsinin gələcəyinin müəyyən olunmasında deputatlar olaraq fəal iştirak etməliyik. Gözlənilən sülh müqaviləsinin imzalanması ilə biz etimadın bərpasını, sülhün təşviqini və yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını tələb edən yeni bir dövrə qədəm qoyuruq”.
Ramil Həsən bildirib ki, 1987-1991-ci illər arasında təxminən 300 min azərbaycanlı Ermənistandan zorla qovulub. Onların geri qayıtmaq hüququ beynəlxalq insan hüquqları və milli azlıqların qorunması çərçivəsində sülh prosesinin fundamental tərkib hissəsi kimi qəbul edilməlidir. Qərbi Azərbaycan İcması bu şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədilə beynəlxalq hüquq çərçivəsində və Ermənistanın ərazi bütövlüyünə, eləcə də BMT Nizamnaməsində əks olunan prinsiplərə tam hörmətlə yanaşaraq öz fəaliyyətini davam etdirir.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52

