Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib
05.04.2025 [17:21]
Aprelin 5-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasında çıxış edib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri bildirib ki, bu, APA-nın PAİ çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən üçüncü əlaqələndirmə iclasıdır. Spiker deyib ki, bu kimi tədbirlər qarşılıqlı maraqlarımıza aid vacib beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın dərinləşməsinə böyük töhfə verir.
2025-ci il fevralın 18-20-də Bakı şəhərində "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr edilmiş APA-nın 15-ci Plenar iclasının keçirildiyini xatırladan Sahibə Qafarova, 27 dövlətin və 7 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi tədbirin təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı birgə marağımız olan müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli fürsət verdiyini bildirib.
Milli Məclisin sədri çıxışında Azərbaycanın öz sədrliyi dövründə irəli sürdüyü prioritetlər barədə də danışıb. Onun sözlərinə görə, bu prioritetlər APA-nın institusional imkanlarının inkişafı, sıralarımızın genişləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması ilə bağlıdır. Spiker bu baxımdan 15-ci iclasın yekunlarının olduqca ümidverici olduğunu deyib. Belə ki, 15-ci iclas nəticəsində təşkilatın sıraları genişlənib, Oman Sultanlığının Şura Məclisi APA-nın tamhüquqlu üzvü olub və Belarus Respublikası Milli Məclisinin Respublika Şurası müşahidəçi statusu qazanıb. Eyni zamanda, həmin yığıncaqda APA büdcəsinin formalaşdırılması barədə qərar qəbul edilməsi ilə bağlı razılığa gəlinib ki, bu da Assambleyanın gücləndirilməsi və fəaliyyət qabiliyyətinin artırılması baxımından çox vacibdir. Sahibə Qafarovanın sözlərinə görə, APA Bürosunun fəallaşması və Daimi Komitələrin hər bir yığıncağında onun iclaslarının çağırılması təşkilatın ehtiyaclarına sürətli cavab verməyə kömək edir. Komitələrimizin işləri nəticəsində siyasi, iqtisadi, mədəni, sosial, ətraf mühit və digər məsələləri əhatə edən 29 qətnamə qəbul edilib. Bakı Bəyannaməsi müzakirə olunan məsələlərə dair iştirakçıların ümumi mövqeyini əks etdirir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 15-ci iclas çərçivəsində, həmçinin Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu barədə intensiv müzakirələr aparılıb: “Hamımız razılaşdıq ki, beynəlxalq normalara və prinsiplərə riayət etmək, effektiv və inklüziv çoxsahəli sistem vacibdir, çünki bu gün qarşılaşdığımız bütün çətinliklərə, ziddiyyətlərə və gərginliklərə qarşı mübarizə aparmaq üçün məhz buna ehtiyacımız var. Parlament əməkdaşlığı platformalarının getdikcə daha vacib olduğu bir dövrdə, Asiya Parlament Assambleyası konstruktiv dialoq, əməkdaşlıq və həmrəylik üçün mühüm çoxsahəli bir qurumdur”.
Milli Məclisin sədri çıxışına yekun vuraraq bildirib ki, PAİ Assambleyası çərçivəsində APA Koordinasiya iclasının keçirilməsi parlamentarilərimizin diqqətini qarşılıqlı maraq doğuran məsələlərə yönəltməyə və ümumi məqsədlərə nail olmaq üçün resurslarımızı səfərbər etməyə imkan verəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

