Kolonializm xalqların dini-milli kimliyini məhv edir
02.04.2025 [09:45]
Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının 2023-cü il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb.
Yarandığı vaxtdan Bakı Təşəbbüs Qrupu ölkəmizdə, eləcə də xaricdə, o cümlədən BMT müstəvisində həmin xalqların hüquqları ilə bağlı beynəlxalq konfrans təşkil edib. Növbəti beynəlxalq konfrans isə martın 29-da “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda keçirilib. Konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelupa, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov BTQ-nin yaradıldıqdan qısa müddət sonra 7 müstəmləkə altında olan ərazi ilə sıx əməkdaşlıq qurduğunu, hazırda həmin ərazilərin sayının 15-ə bərabər olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, BTQ iki ildən az müddətdə 20-dən çox beynəlxalq konfrans keçirib: “Bu konfrans sayca 25-cidir. Bu, bizim dekolonizasiyaya verdiyimiz mühüm töhfədir. Biz artıq beyin mərkəzi kimi fəaliyyət göstəririk. Bu baxımdan müstəmləkə altında olan ərazilərdə törədilən hadisələr, kolonializmin fəsadları ilə bağlı statistikalar əldə edir və təhlil edirik. Bununla bağlı 10-dan çox hesabat hazırlayıb nəşr etdik və beynəlxalq təşkilatlara təqdim etdik”.
Çıxışında assimilyasiyanın kütləvi qırğın silahı olduğunu qeyd edən Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep isə afrikalıların əsrlər boyu buna məruz qaldığını vurğulayıb: “Məcburi assimilyasiya isə çox təhlükəlidir. Buna qarşı mübarizəmiz davam edir. Qvadelupa öz mədəniyyətini, mədəni irsini və ənənələrini yaşatmağa çalışır. Buna görə müstəmləkəçiliyə məruz qalan digər xalqlarla birgə mübarizə aparmalıyıq. Müxtəlifliyimiz bizim gücümüzə çevrilməlidir”.
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer Bakı Təşəbbüs Qrupunun kolonializmlə mübarizədə nümunəvi şəkildə dəstək göstərdiyini deyib. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi deyib ki, bizim azadlıq mübarizəmiz başlayıb və müstəmləkədən azadlığa nail olana kimi davam edəcək: “Bizim xalqlarımız birgə qətiyyətlə mübarizə aparır. Mübarizəmizin beynəlxalq səviyyəyə çatdırılması vacibdir. Çünki biz dəstək almalıyıq. BMT bizim tərəfdaşımız ola bilər. Burada Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. BTQ nümunəvi şəkildə bizə dəstək göstərir. Beynəlxalq Dekolonizasiya Cəbhəsi insanlığın tələb etdiyi qaydada bu mübarizədə həmin xalqların yanındadır”. Onun sözlərinə görə, dominantlığı qorumaq istəyən dövlətlər insanlığın nifrətini qazanır.
Tədbir sessiyalarla davam edib. “Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət”, “Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi”, “Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru”, “Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması”, “BMT-nin yerli xalqların hüquqları bəyannaməsi” mövzularında keçirilən sessiyalarda kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep ilə BTQ-nin icraçı direktoru Abbas Abbasov imzalayıblar. Bununla yanaşı, beynəlxalq konfrans çərçivəsində sərgi açılıb. Sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa prezidenti Makronun karikaturaları yer alıb. Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.
Beynəlxalq konfrans çərçivəsində Kanakidə qanunsuz həbs edilmiş insanlara həsr olunmuş fləş-mob da keçirilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59

